Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:16

Rusiya bu barışığın bir tərəfi olaraq qaldıqca…


Qənimətlər parkından erməni əsgərlərin maketləri və dəbilqələri yığışdırılıb
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Qənimətlər parkından erməni əsgərlərin maketləri və dəbilqələri yığışdırılıb

Ekspert: Sülh müqaviləsi Qarabağın ermənilər yaşayan bölgəsi ilə bağlı problemi həll etməyəcək, çünki burda əsas tərəf artıq Rusiyadır

Bir müddət əvvələ qədər Bakıdakı Hərbi Qənimətlər Parkındakı masaların arxasında erməni əsgəri formasında müqəvvalar oturardı. Keçənilki 44 günlük müharibədən sonra Bakıda yaradılan bu parkda artıq müqəvvalar gözə dəymir.

Qənimətlər Parkı onlar niyə yığışdırıldığına dair AzadlıqRadiosunun bu haqda sualına gün ərzində cavab verməyib. Amma qeyri-rəsmi mənbələrdən müxbirimizə bildirilib ki, parkın eksponatlarının bəziləri təmir-bərpa prosesi üçün müvəqqəti götürülüb.

Hüquq müdafiəçisi Anar Məmmədli isə deyir ki, ola bilsin ki, bu, Ermənistan və Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində çəkişməsi ilə bağlıdır, belə ki, onun sözlərinə görə, Ermənistan tərəfinin iddiasında Qənimətlər Parkı da vardı.

Azərbaycanla Ermənistan qaldırdıqları qarşılıqlı iddialarda bir-birini irqi ayrıseçkilikdə ittiham edirlər - daha dəqiqi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi” haqqında Beynəlxalq Konvensiyanı pozmaqda günahlandırılar.

Moskvada nazir müavinlərinin görüşü keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Zahid Oruc: Addımlar qarşılıqlı olmalıdır

Amma Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, hakimiyyətyönlü deputat Zahid Oruc deyir ki, bu iki hadisə arasında bağ yoxdur və Azərbaycan heç bir halda irqi ayrıseçkiliyə yol verməyib:

“Mən hesab edirəm ki, cənab prezidentin “biz səhifələri çevirməyə hazırıq”, “yeni münasibətlər quruculuğuna” dair dəfələrlə verdiyi çağırışlar burda əsas götürülüb. İkincisi, yenə də regional sülh və əməkdaşlıq çərçivəsində, bizim ksenofob olmadığımızı, dünyaya yalnız ermənilərin gözü ilə baxmadığımızı, yüz, iki yüz il əvvəl baş vermiş hadisələri akkumulyasiya edib, dövlət quruculuğu siyasətini onun təməl daşlarına çevirmədiyimizi göstərmək üçündür”.

Bununla belə, Zahid Oruc hesab edir ki, bütün hallarda bu barış mesajları o vaxt davamlı olacaq ki, Ermənistan tərəfi də öz üzərinə düşəni edəcək və Azərbaycanın şərtlərini qəbul edəcək.

O əlavə edir ki, əvəzində Ermənistan da öz Konstitusiyasından, dərsliklərdən, inanclar sistemi və milli din səviyyəsinə qaldırdığı ideologiyasından düşmənçiliyi çıxarmaq haqqında düşünməlidir.

Ermənistanlı şərhçi: 'Erməni əsgərlərin fiqurlarının götürülməsi...'
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

“Bu, vacib, yeni başlanğıcdır…”

Ermənistanda siyasi şərhçi Riçard Giraqosyan deyir ki, bütün hallarda erməni müqəvvalarının götürülməsi müsbət hadisədir və bunun davamı gəlməlidir:

“Bu məsələdə başlanğıc nöqtəsi “sıfır” deyil, “mənfi”dir. Bu istiqamətdə istənilən irəliyə doğru addım inkişaf sayılmalıdır. Digər tərəfdən də gərək vurğulayaq ki, yalnız manekenlərin götürülməsi kifayət deyil. Amma bu, vacib, yeni başlanğıcdır”.

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, belə bir parkın yaradılması, ümumiyyətlə doğru addım deyildi və beynəlxalq tənqidlərə tuş gəlmişdi.

Ounu fikrincə, ilk baxışda proseslər barışığa doğru gedən kimi görünür, amma bir mühüm məqam var ki, Ermənistanla barışıq və hətta sülh müqaviləsi Qarabağın ermənilər yaşayan bölgəsi ilə bağlı problemi həll etməyəcək, çünki burda əsas tərəf artıq Rusiyadır.

Azərbaycan və Ermənistan liderləri son günlər görüşüb açıq qalan sualları müzakirəyə hazır olduqlarını bildiriblər.

İki ölkə keçən il 44 günlük müharibədən sonra atəşkəs bəyanatı imzalasalar da, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi açıq qalıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb və yekun sülh müqaviləsi imzalanmayıb.

XS
SM
MD
LG