Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:32

'Qarabağ' 1/16 finalın bir addımlığında


Bu gün, dekabrın 8-i UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq. Azərbaycan təmsilçiləri «Qarabağ» və «Qəbələ» də son oyunlarına çıxacaq.

Ağdamlılar Bakıda İtaliyanın «Fiorentina» klubunu qəbul edəcəklər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qoruyurlar.

«Qarabağ» səfərdə bu rəqibinə 5:1 hesabı ilə məğlub olmuşdu. Qurban Qurbanov dekabrın 7-si keçirdiyi mətbuat konfransında deyib ki, bu oyun onlardan ötrü çox vacibdir:

ATALAR ÜÇDƏN DEYİB

«Rəqibimiz İtaliya komandasıdır. Onlara qarşı oynamaq həmişə çətin olub. Amma doğma meydanımızda çıxış edəcəyik. Üçüncü dəfədir qrupdan çıxmağa çalışırıq. Bu dəfə əvvəlki matçlardan daha diqqətli olmalıyıq. Futbolçuların həmişəkindən daha diqqətli olmaları vacibdir. Onların üzərinə böyük məsuliyyət düşəcək. 90 dəqiqə diqqətli olmalıyıq. Rəqib daima yerdəyişmə edir. Onların təcrübəsi də bizə mane ola bilər. «Fiorentina» digər rəqiblərdən fərqlənir. Bizim də təcrübəmiz var. Mübarizədən qaçmırıq. Ən yaxşısını etməyə çalışacağıq».

Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

«ÜZÜLMƏYƏ DƏYMƏZ»

«Qəbələ» isə saat 22:00-da səfərdə «Mainz»la qarşılaşacaq. Bir xalı belə olmayan Qəbələ şəhərinin təmsilçiləri təsəlli oyununa çıxacaqlar.

«Qırmızı-qaralar»ın baş məşqçisi Roman Hrygorchuk isə deyib ki, ümumilikdə builki çıxışlarından razıdır: «Ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrupuna düşdük. Bu, bizim üçün böyük hadisə, böyük nailiyyətdir. Bütün bunlara sevinirik. Sabah top-çempionatda iştirak edən komanda ilə görüşəcəyik. Bizim üçün bu da bir hadisə, nə isə öyrənmək üçün şansdır. Yüksəksəviyyəli bir rəqiblə qarşılaşmaq imkanı əldə etmişik. Bunda yalnız müsbət məqamlar görürük. Belə imkandan tam yararlanmağa çalışacağıq. Qrupda 5 oyun keçirib qalib gəlməmişik və aydın məsələdir ki, mərhələni adlaya bilmədik. Lakin buna üzülməyə dəyməz. Çünki hər şeyə real yanaşırıq. Komandada hələ çox şey çatmır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG