Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

'Qarabağ'ın ümidi, 'Qəbələ'nin təsəllisi


«Qarabağ»-«Slovan»
«Qarabağ»-«Slovan»

Bu gün, noyabrın 24-ü Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Azərbaycan təmsilçilərindən «Qarabağ» səfərdə Çexiyanın «Slovan», «Qəbələ» isə doğma divarlar arasında «Anderlecht»lə qarşılaşacaq.

«Qarabağ» 4 oyundan sonra 7 xal toplayaraq qrupda 2-ci yerdə qərarlaşıb. Baş məşqçi Qurban Qurbanov deyib ki, «Slovan»la oyun çətin olacaq:

«RƏQİBİN GÜCÜNÜ BAKIDA HİSS ETMİŞİK»

«Düzdür, «Slovan» son oyunlarda yaxşı nəticələr qazanmır. Ancaq rəqibə yaxşı oynamağa da imkan vermirlər. Rəqibin gücünü Bakıda hiss etmişik. Bizə çətin anlar yaşatdılar. Bunların hamısını nəzərə almışıq. Ən doğrusunu etməyə çalışacağıq».

Azərbaycanda keçirilən oyunda tərəflər 1 xalla kifayətlənməli olmuşdular.

«BU DƏFƏ SƏHV ETMƏMƏLİYİK»

«Qəbələ» klubu isə 0 xalla qrupda sonuncu yeri tutur. Baş məşqçi Roman Hrygorchuk oyundan öncə keçirdiyi mətbuat konfransında deyib ki, bütün rəqiblərin «Qəbələ»dən güclü olduğunu, şanslarının qalmadığını başa düşürlər: «Amma biz ən yaxşı oyunumuzu göstərsək, qələbə imkanımız yaranacaq. «Saint-Étienne»lə görüşdə buraxdığımız səhv qələbə arzumuzun üstündən xətt çəkdi. Bu dəfə səhv etməməliyik. Uğur da tərəfimizdə olmalıdır».

«Slovan» (Liberets, Çexiya) – «Qarabağ» (Azərbaycan) saat 22:00-da, «Qəbələ» (Azərbaycan) – «Anderlecht» (Belçika) isə saat 20:00-da qarşılaşacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG