Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Birinci Qarabağ Müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək


Bununla bağlı bugün, dekabrın 23-də prezident İlham Əliyev fərman imzalayıb

Birinci Qarabağ Müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək.

Bununla bağlı bugün, dekabrın 23-də prezident İlham Əliyev fərman imzalayıb.

Əmək və Əhalinin Sözial Müdafiəsi Nazirliyindən bildirildiyinə görə, bu birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.

Fərman 1997-ci il avqustun 2-dək ölkənin ərazi bütövlüyü ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alan və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları, daxili işlər orqanları əməkdaşlarını əhatə edəcək. Birdəfəlik ödəmə bu qaydada veriləcək:

I dərəcə əlilliyə görə - 8 800 manat;

II dərəcə əlilliyə görə - 6 600 manat;

III dərəcə əlilliyə görə - 4 400 manat;

Birdəfəlik ödəmə həmin məbləğlərdə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.

İkinci Qarabağ müharibəsində əlillik alanlar birdəfəlik ödəmə ilə təmin edilsə də Birinci Qarabağ müharibəsində əlil olanlar əsasən bu prosesdən kənarda qalmışdılar.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG