Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:13

Dağlıq Qarabağda Amerika şirkətinin erməni əməkdaşları minaya düşüblər


HALO Trust-ın Ermənistandakı işçiləri (Foto arxivdəndir)

AzadlıqRadiosunun erməni redaksiyası Azatutyun xəbər verir ki, martın 29-da səhər Dağlıq Qarabağın separatçıların nəzarətində olan Ağdərə (Mardakert) rayonunun Qazançı kəndi yaxınlığında “Amerikanın HALO Trust şirkətinin Stepanakert ofisinin” üç minatəzmizləyəni – Pavel Akopov, Samson Avanesyan və Marat Petrosyan onları daşıyan avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar.

Xəbər verilir ki, yaralı minaaxtaranlar “Stepanakertdəki Respublika Tibb Mərkəzində” cərrahiyyə əməliyyatı olunublar.

Bu insident zamanı daha iki nəfərin yaralandığı xəbər verilib.

Xəstəxananın koordinatoru Arevat Aleksanyan Azatutyun radiosuna deyib ki, 31 yaşlı Qarik Qaxilyanın vəziyyəti son dərəcə ağırdır. Onun iki ayağı amputasiya edilib.

Digər yaralı, 44 yaşlı Aram Mkrtçyanda daxili qanaxma baş verib və vəziyyəti sabit ağır hesab olunur.

Bu da xəbər verilir ki, mina partlayarkən beş minaaxtaran ərazini yoxlayırdılar.

HALO şirkətinin artıq 18 ildir ki, Dağlıq Qarabağda minatəmizləmə işi ilə məşğul olan direktoru Paul McKenn Azatutyun radiosuna deyib ki, insident martın 29-da 8:15-də baş verib.

McKenn deyib ki, hüquq-mühafizə orqanları və ekspertlər hadisənin necə baş verdiyini araşdırırlar.

Bu insidentlə bağlı HALO Trust şirkətinin icraçı direktoru James Coyan da bəyanat verib.

O deyib ki, onun şirkətinin 8 min əməkdaşı hər gün təhlükəli yerlərdə işə çıxır və bu insident bu işin nə dərəcədə mürəkkəb olduğunu nümayiş etdirib.

HALO Trust 2000-ci ildən bəri Dağlıq Qarabağ ərazisində minatəmizləmə işləri görür. Şirkət Qarabağdakı mülki firmaların arasında ən çox iş verən təşkilat sayılır. Hazırda Qarabağda HALO-nun 140 əməkdaşı var.

XS
SM
MD
LG