Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Mitinqə görə BŞİH-ə müraciət edilib


Qarabağ Komitəsi bundan əvvəlki mitinqi sentyabrın 29-da keçirib
Qarabağ Komitəsi bundan əvvəlki mitinqi sentyabrın 29-da keçirib

Qarabağ Komitəsi növbəti mitinq keçirmək istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ( BŞİH) müraciət edib.

Bu haqda aksiyanın təşkilatçısı olan Qarabağ Komitəsindən məlumat yayıblar.

Müraciətdə aksiyanın noyabrın 24-ə planlaşdırıldığı yazılır. Aksiyada “Qarabağa azadlıq!” və başqa şüarların səsləndiriləcəyi gözlənir.

Komitənin bu gün, oktyabrın 24-də keçirilmiş toplantısında bir sıra başqa qərarlar da verilib.

Qarabağ Komitəsi bundan əvvəl sentyabrın 29-da Bakıda “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirib.

Təşkilatçılar deyirdilər ki, mitinqin keçirilməsindən məqsədləri Azərbaycanın - Dağlıq Qarabağ da daxil olmaqla ərazilərinin 20 faizini Ermənistanın işğalı altında saxlamasına etiraz etməkdir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG