Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:21

Müdafiə Nazirliyindən itkin əsgərlə bağlı açıqlama


Azərbaycan əsgəri

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-u itkin düşdüyü güman edilən əsgər Çingiz Qurbanovla bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, erməni tərəfi sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarını yayıb:

«Erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyinin həyata keçirdiyi müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.

Buna da bax-Cəbhədə yenidən nə baş verir? [reaksiyalar]

Təxribatın qarşısını alarkən həlak olan və Ermənistan silahlı qüvvələrinin nəzarətindəki ərazidə qalan əsgər Çingiz Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-ə müraciət edilib»,-deyə məlumatda qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq, bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə edib.

«Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir»,- məlumatda vurğulanır.

Xatırlatma

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-da yaydığı məlumatda isə Çingiz Qurbanovun itkin düşdüyü güman edilirdi. Məlumatda qeyd edilirdi ki, səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu dövlət sərhədini pozmağa cəhd göstərərkən Azərbaycan bölmələrinin pusqusuna düşüb.
«Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Qurbanov itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür»,-deyə məlumatda bildirilirdi.

XS
SM
MD
LG