Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:34

Qarabağı işğal altında saxlayan erməni qüvvələri 30 ildə nə qazanıb? [video]


Qarabağ münaqişəsi: 30 ildə kim nə əldə etdi?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Qarabağ münaqişəsi: 30 ildə kim nə əldə etdi? [A-Live]

Qarabağı işğal altında saxlayan erməni qüvvələri bu günlər Azərbaycan torpaqlarında yaratdıqları qondarma rejimin 30 illiyini qeyd edirlər.

Azərbaycanın Dağlıq Qarabağ regionu və onun çevrəsində daha bir neçə rayonu nəzarətdə saxlayan erməni rejimi ötən 30 ildə nələrə nail ola bildi? Bu suala Bakıda və Yerevanda olan ekspertlərə üz tutmuşuq.

Bakıda politoloq Hikmət Hacızadə deyir ki, ötən 30 ildə bu rejim heç nəyə nail ola bilmədi:

Hikmət Hacızadə
Hikmət Hacızadə

"Oranın heç bir iqtisadiyyatı yoxdur. Ermənistandan və erməni diasporundan maliyyə alır. Sovet hökumətindən qalma müəssisələr var idi. Onlar heç biri işləmir, bərbaddır, kənd təsərrüfatı da zəifdir. Gərək orda texnika olsun ki, kənd təsərrüfatı inkişaf etsin".

Buna da bax: 'Kompromisdən danışırlar'. Seçkiləri Qarabağ tezləşdirə bilərdi

Amma Yerevanda “Milli və beynəlxalq strateji araşdırmalar mərkəzi”nin direktoru Manvel Sargsyan bu fikirlə razılaşmır deyir ki, iqtisadi durum bütün post-sovet regionunda çətindir, Sargsyan əlavə edir ki, qondarma respublikanın dünyada tanınmaması və hərbi durum səbəbindən çətinlikləri olsa da, o, getdikcə güclənir, müstəqilləşir:

Manvel Sargsyan
Manvel Sargsyan

"Dağlıq Qarabağın beynəlxalq maliyyə resurslarına çıxışı yoxdur, amma biznesmenlər, erməni diasporu hesabına faktiki olaraq iqtisadi sferalar yaradılıb. Dağlıq Qarabağın enerji resursları yoxdur, su elektrik stansiyası vasitəsilə özünü elektrik enerjisi ilə təmin edir, hətta bəzən ixrac da edir".

Buna da bax: Qarabağ danışıqlarında son bir il-'ümidlər son mərhələdədir'

Sargsyan deyir ki, qondarma rejimin ən böyük uğuru elə əraziyə de-fakto nəzarəti əldə saxlamaqdır.

Azərbaycanda isə əksər ekspertlər və rəsmilər tez-tez o fikri səsləndirirlər ki, əslində Qarabağdakı qondarma rejim Ermənistan və əsasən də post-sovet məkanında dondurulmuş münaqişələrin qalmasını istəyən Rusiyanın hesabına mövcudluğunu saxlaya bilir.

Azərbaycan və dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan özü, Qarabağda elan edilmiş qondarma rejimi dövlət kimi tanımır.

Amma Yerevanda politoloq Manvel Sargsyan deyir ki, bu 30 ildə separatçı rejim diplomatik mənada irəliləyiş edib, özünü ABŞ-ın azı səkkiz ştatında tanıdıb, onun fikrincə, bu proses davam edəcək.

Erməni qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ ərazisi (xəritə)
Erməni qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ ərazisi (xəritə)

Buna da bax: “Böyük güclərdən icazəsiz müharibəyə başlamaq intihardır”

Bakıda politoloq Hikmət Hacızadə deyir ki, bu tanınma xırda siyasi gedişlərdir, ümumən prosesə təsir edə bilmir, çünki dünyada gedən tendensiya məhz separatçı rejimlərin tanınmamasıdır:

“İspaniyada da Kataloniya çox inkişaf etmiş bir vilayətdir, o da çalışdı Qarabağfason nəsə çıxartsın, o da alınmadı, mənfidir dünyanın fikri bu işə, dünya deyir ki, biz buna icazə versək, birdən bütün planetimizdə 300-ə qədər belə mübahisəli yerlər var, onlar hərəsi Miyatsun prosesinə başlasa, qan su yerinə axar dünyada”.

Azərbaycanda, Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü deputat – Fərəc Quliyev isə deyir ki, qondarma respublika özünü dünyaya tanıtmaq istədiyi kimi heç separatçı da deyil:

Buna da bax: E.Məmmədyarov: 'Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb'

Fərəc Quliyev
Fərəc Quliyev

"Ərazimiz Rusiya tərəfindən işğal olunub və Ermənistanın kontroluna verilib. Burda heç bir separatizm yoxdur, separatizm tamam fərqli bir məsələdir, çünki orda yaşayan ermənilər heç vaxt etiraz etməmişdilər. Onların qoşunu yoxdur, onlar döyüşə bilməzlər".

Azərbaycan rəhbərliyinin Qarabağ siyasəti sizi nə qədər qane edir? Bu sualı isə Bakı sakinlərindən soruşmuşuq.

1988-ci ilin fevralında, Ermənistanda yaranmış Miyatsum hərəkatı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdi. Azərbaycanın etirazından sonra qarşıdurma beynəlxalq miqyasa çıxanda Ermənistan rəhbərliyi artıq ərazi iddiası deyil, Dağlıq Qarabağın müstəqil dövlət yaradıldığını elan etməyə başladı.

Buna da bax: Azərbaycan və Ermənistan bəyannamənin 'bir bəndinə' görə mübahisə edirlər

Bundan sonra bir neçə ilə davam edən hərbi münaqişə dövründə erməni qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionundan savaşın onun ərafında daha yeddi rayonu da işğal etdi. Münaqişədə hər iki tərəfdən 30 mindən çox adam həlak oldu.

1994-cü ildə tərəflər arasında atəşkəs imzalansa da hələlik Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi əldə etmək mümkün olmayıb.

Azərbaycan israrla öz ərazisində ikinci erməni dövləti yaradılmasına, nə də bu ərazilərin Ermənistana birləşdirilməsinə imkan verməyəcəyini bildirir. Ermənistan rəhbərliyi isə Qarabağın bir daha heç zaman Azərbaycana verilməyəcəyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG