Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:46

"Qarabağ" Kiprdə heç-heçə oynadı, xoşagəlməz insident baş verdi


Bakı-"Qarabağ" futbol klubunun azarkeşləri qələbəni qeyd edir
Bakı-"Qarabağ" futbol klubunun azarkeşləri qələbəni qeyd edir

Azərbaycanın "Qarabağ" futbol klubu Avropa Konfrans Liqasının 3-cü təsnifdat mərhələsi çərçivəsində Kiprdə yerli AEL klubu ilə ilk oyunda heç-heçə (1:1) oynayıb.

Oyunda xoşagəlməz insident baş verib.

Qol.az-n məlumatına görə, yerli azarkeşlər oyun boyu “Qarabağ”ın ehtiyat oyunçuları və məşqçilərinə qarşı qeyri-etik şüarlar səsləndiriblər.

Görüşün 3 dəqiqə artırılmış vaxtında Abdullah Zubirin bərabərlik qolunu vurmasından sonra isə kiprli fanatlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib.

Qurban Qurbanov azarkeşin bu hərəkətinə etiraz edib və sonda görüşün baş hakimi oyunu dayandırmalıolub. Amma oyun bir neçə dəqiqəlik fasilədən sonra bərpa olunub.

5 avqust

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi

21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:1

Qollar: Şepoviç, 69-pen. (1:0), Zubir, 90+3 (1:1)


Cavab görüşü avqustun 12-də Bakıda keçiriləcək və bu oyunun qalibi, pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) qarşılaşmasının qalibi ilə görüşəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG