Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 21:16

Qarabağ əlilinin dişləri tökülüb, düzəltdirməyə pulu yoxdur


İlham Əliyev yeni klinikanın açılışında.

“1 ilə yaxındır ki, dişlərimin müalicəsi üçün Mingəçevirdəki poliklinikalara, şəhər icra hakimiyyətinə gedib gəlirəm. Poliklinikalardakı diş həkimləri hər dəfə bir bəhanə ilə məni geri qaytarır. Bəhanələri də puldur. Protez diş qoyulmasının ən aşağı qiyməti 300-400 manatdır. İcra hakimiyyətində isə qapıda qarşılayıb deyirlər, ‘sənə diş düzəltdirməyə büdcəmizdə pul yoxdur’”.

“300 MANAT DƏRMANLARIMA ZORLA ÇATIR”

56 yaşlı Şəfayət Həsənov Mingəçevir şəhəri, Nərimanov küçəsindəki 38 saylı binanın 12-ci mənzilində yaşayır. Qarabağ müharibəsində başından xəsarət alıb və 25 ildən çoxdur ki, kontuziyadan əziyyət çəkir. 2-ci qrup Qarabağ əlilidir. AzadlıqRadiosu-na danışır ki, 1 ilə yaxındır dişləri tökülüb. Mərkəzi Xəstəxanaya, poliklinikalara, özəl diş kabinetlərinə müraciət edib:

Buna da bax:​ 'Əlilə yardım edilməsə, məhv olacaq'

“Müharibənin başımda iz qoyduğu problemlərə görə daimi müalicə ilə qalıram həyatda, bütün dərmanları da özüm alıram. 300 manat təqaüd dərmanlarıma və çörəyimizə zorla çatır. Dişsizlik məndə mədə xəstəliyi yaradıb. Heç kəs kömək eləmir. İcra hakimiyyətinə də getdim, dedilər, ‘büdcədə pul olanda dişlərini özümüz düzəltdirəcəyik’”.

Müharibə əlili dolanışığından da narazıdır. Aldığı 300 manatın bir hissəsini kommunal xidmətlərə ödədiyini deyir. Ancaq indi onu əsas düşündürən səhhətinə zərər vuran dişsizliyi aradan qaldırmaqdır.

Buna da bax: Köçkün əlil nə üçün çayxana açmaq istəyirmiş?

“BAŞ HƏKİMƏ YAXINLAŞSIN”

Mingəçevir rayon Mərkəzi Xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, müharibə əlilinin diş problemi varsa, diş həkiminə müraciət etsin: “Əlilə ‘yox’ deyilə bilməz. Baş həkimə yaxınlaşsın, problemi desin, nə lazımdırsa, kömək olunacaq”.

Mingəçevir rayon icra hakimiyyətindən isə bildirilib ki, əlilin diş problemi barədə ilk dəfə eşidirlər: “Müraciət eləsin, şəhərdəki dövlət klinikalarından birində nə yardım lazımdırsa, olunacaq”.

Buna da bax:​ Əlilin mərc oyunlarına görə həbsiylə iş bitmədi

Müharibə əlili isə deyir, ümidi dövlətdən üzülüb. O, imkanlı insanlardan yardımçı olmalarını istəyir.

Buna da bax:

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG