Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 14:25

Bu gün Çempionlar Liqasının ilk turunda, Londonun Stamford Bridge stadionunda İngiltərənin Chelsea klubu Azərbaycanın Qarabağ klubunu qəbul edirdi.

Oyun meydança sahiblərinin xeyrinə 6-0 hesabı ilə başa çatıb.

Chelsea üçün növbəti qolun sevinci
Chelsea üçün növbəti qolun sevinci

Qolları 1-ci hissədə Rodriguez Pedro 6, Davide Zappacosta 30, 2-hissədə Cezar Azpilicueta (55), Tiemoue Bakayoko (71), Michy Batshuayi (76, 82) vurublar.

***

Britaniya mediası Chelsea və Qarabağ klublarının qarşılaşması ərəfəsində bu matç barədə bəzi qeydlərini etməyə başlayıb.

Chelsea FK-nın azarkeşlərinin rəsmi internet saytında oxuyuruq: Nəhayət Chelsea yenə də Avropadadır və Premyer Liqa Çempionlarının turnirində ikinci dəfə qalib gəlməyə çalışacaq...

Bu yolda onun ilk addımı, beş dəfə Azərbaycan çempionu (dörd dəfə dalbadal olmaqla) Qarabağ klubu ilə matç olacaq...Onlar Samtredia, Sheriff Tiraspol və Copenhagen FK-ya qalib gələrək Chelsea, Atlético Madrid və AS Roma kimi nəhənglərlə eyni qrupda yarışmaq şərəfinə layiq olublar…

Antonio Conte Qarabağla oyuna "zəif heyət" buraxmaq istəyir
Antonio Conte Qarabağla oyuna "zəif heyət" buraxmaq istəyir

Əgər Chelsea vəziyyəti özümüz üçün mürəkkəbləşdirməyə çalışmasa, biz bu qarşılaşmadan nisbətən asanlıqla qalib çıxıb, çox mühüm 3 xalımızı yığıb Madridə yollanarıq.

Chelsea klubunujn rəhbəri Antonio Conte BBC Sport saytına deyib: “Qarabağ yaxşı komandadır. Onlar Çempionlar liqasında ilk dəfədir ki, çıxış edirlər. Mən Qarabağ-ın bəzi oyunçularını yaxşı tanıyıram, çünki onlara qarşı İtaliya komandasının məşqçisi olan vaxt çıxış etmişəm”.

Daha sonra BBC saytı Qurban Qurbanovdan iqtibas gətirir: “Biz heç kimdən qorxmuruq. Chelsea Çempionlar Liqasının rəmzlərindən biri olsa da, biz sonadək oynayacağıq. Biz bilirik ki, Chelsea bizi müdafiədə oynamağa məcbur edəcək. Bu o demək deyildir ki, biz 90 dəqiqəni müdafiədə keçirəcəyək. Biz hücumlar da edəcəyik”.

Chelsea zəif heyətdə?

Londonda çıxan Metro qəzeti yazır ki, Conte Qarabağ klubuna qarşı oyunda əsasən ehtiyatda olan oyunçulardan (rotasiyadan) istifadə edəcəyini gizlətmir. Onun sözlərinə görə bunu İngiltərə Premyer Liqasında sentyabr cədvəlinin sıxlığı və Arsenal klubu ilə qarşıdan gələn ağır matçdan əvvəl etmək zərurətdir.

Eden Hazard meydana çıxacaqmı?
Eden Hazard meydana çıxacaqmı?

TalkSPORT saytı isə yazır ki, Conte matçdan əvvəl keçirilən mətbuat konfransında Qarabağ klubu ilə oyunda əsasən ikinci heyətdən istifadə edəcəyini təsdiqləyib.

Onun sözlərinə görə hətta Eden Hazard və Alvaro Morato da meydana çıxmaya bilər.

İtaliyalı Conte israr edir ki, onun çətin oyunlar ərəfəsində komandanı salamat saxlamaq üçün alternativi yoxdur.

The Independent isə Chelsea-Qarabağ matçının mərc proqnozlarını dərc edib. Çhelsea klubunun qalib gəlməsi şansı 1/6 nisbətindədir. Qarabağ klubunun qalib gəlməsi şansı 1/25-dir. Heç-heçə şansı da kifayət qədər yüksəkdir: 1/7.

Günün bütün mövzuları

XS
SM
MD
LG