Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Politoloq: ‘Münaqişənin açarı hələ də Rusiyanın əlindədir’


26 yanvar mitinqinə icazə verilmədi - Müxalifət vəziyyəti müzakirə edir
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

26 yanvar mitinqinə icazə verilmədi - Müxalifət vəziyyəti müzakirə edir

Bir çox təhlilçilər bildirilər ki, əgər Qarabağ danışıqları bərpa olunacaqsa, Ermənistan burda yeni liderlə, yenilənmiş imiclə iştirak edəcək. Qərb institutları əsasən Nikol Pashinian-ın qələbəsi ilə nəticələnmiş seçkilərdən razı qalıblar, Pashinian-ın Qərb mediasında islahatçı obrazı yaradılıb. Onunla danışıqlarda iştirak edəcək prezident İlham Əliyev haqqında isə Qərb mediası “diktator”, avtoritar” kimi ifadələr işlədir. Bu amil danışıqlar prosesində hansısa rol oynayacaqmı?

Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev deyir ki, bu səbəb danışıqlar prosesinə necəsə təsir etməyəcək.

“Ermənistanın beynəlxalq imicinin müsbətə doğru dəyişməsinin münaqişənin predmeti ilə bağlı o qədər də önəmi yoxdur. İndi əsas sual budur ki, münaqişənin həlli, baza prinsiplərin razılaşdırılması, sülh müqaviləsinin imzalanması üçün hansı addımlar atıla bilər. Razılaşmalar Sarkisian dövründə ona görə həll əldə olunmamışdı ki, Sarkisianın müsbət imici yox idi. Razılaşma sadəcə elitanın münaqişə ilə bağlı baxışından asılıdır”.

Ermənistanın seçimi: İşğal və demokratiya

Milli Strateji Araşdırma Mərkəzinin sədri İsa Qəmbər deyir ki, Ermənistanda hakimiyyət dəyişikliyinin olmasından Azərbaycan tərəfi öz xeyrinə arqument gətirə bilər:

“Ermənistanda hakimiyyət dəyşikliyinin xalqın ciddi iştirakı ilə baş verdiyini gördük. Bu özü özlüyündə qiymətləndirilir və beynəlxalq birlikdə də müəyyən təəssürat yaradır. Amma Azərbaycan tərəfi ortaya mövqe qoymur. Azərbaycan tərəfi ortaya mövqe qoya bilər: necə ola bilər ki, başqa bir dövlətin ərazisini işğal altında saxlayan bir ölkənin rəhbəri demokratiya haqqında danışır. Demokratiyada başqa bir dövlətin ərazisini işğal etmək yoxdur. Bu fakt özü Ermənistan hakimiyyətini ciddi şübhə altına alan bir məqamdır”.

Yanvarın 16-da, Parisdə, xarici işlər nazirlərinin görüşündən sonra, dünən yanvarın 23-də prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Davosda görüşdülər.

Nikol Pashinian (solda) və İlham Əliyev Davosda qeyri-rəsmi görüş keçiriblər
Nikol Pashinian (solda) və İlham Əliyev Davosda qeyri-rəsmi görüş keçiriblər

Bakıda siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, Ermənistanın imicinin necə olmasından, burda hakimiyyət başında kimin olmasından asılı olmayaraq, münaqişənin açarı Rusiyanın əlindədir və dəyişiklik də Rusiyanın mövqeyindən asılı olacaq.

Onun sözlərinə görə, belə yaxınlaşmalar əvvəllər də olub və münaqişənin həlli ilə bağlı danışıqlar vaxtaşırı eyni mərhələni keçir:

“Yəni, Ermənistanda prezidentlər dəyişir, prezidentlər başlayırlar intensiv danışmağa, tez- tez danışırlar, görüşürlər. Sonra isə məlum olur ki, tərəflərin mövqeyi uzlaşmır, yavaş -yavaş danışıqlar dayanır, görüşlər keçirilmir. Bu, Kocharian - Əliyev, Kocharian - İlham Əliyev, Serj Sarkisian - Əliyev indi isə Nikol Pashinian - Əliyev arasında olub”.

Aydın mənzərə yoxdur

Yerevanda, Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisian deyir ki, Ermənistanda daxili hakimiyyətin dəyişməsinin ən önəmli cəhəti odur ki, bu hakimiyyət xalqın dəstəyindən faydalanır. Amma daha vacibi odur ki, yeni hakimiyyət danışıqlara necə yanaşır:

“İndi önəmli məsələ budur ki, tərəflərin mövqeyində dəyişiklik olacaqmı, yoxsa onlar elan olunmuş mövqelərini müdafiə etməkdə davam edəcəklər. Verilən bəyanatlar real siyasətdə özünü göstərəcəkmi? Real olan məsələlər bunlardır. Amma hələ ki, hansısa dəyişiklik yoxdur. Azərbaycan indiyə qədər olan mövqeyini saxlamaqda davam edir. Format da, ritorika da eynidir. Azərbaycanın bu mövqeyinə Ermənistanın yeni rəhbərliyi necə yanaşacaq, bu hələ bəlli deyil. Hələ ki, Ermənistanda bilmirlər nə olacağını. Ermənistanda aydın mənzərə yoxdur”.

Qarabağ danışıqları 2016-cı il aprel döyüşlərindən sonra dayanıb.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişib, hökumətin başına Nikol Pashinian keçib. Azərbaycan tərəfi danışıqların bərpa olunacağına ümid etdiyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG