Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 22:37

"Qarabağ" tələbi ilə aksiya keçirilib, saxlananlar var


Lökbatanda Qarabağ aksiyası

İyulun 13-də gecə saatlarında Qaradağ rayonunun Qobu qəsəbəsində məskunlaşan bir qrup məcburi köçkün Qarabağa getmək üçün toplaşaraq Bakının mərkəzinə doğru irəliləməyə cəhd edib.

Toplaşanlar "Qarabağ", "Şəhidlər ölməz, vətən bölünməz" şüarları səsləndirərək bir saata yaxın yürüş ediblər. Onların sözlərinə görə, iyulun 12-də Tovuz istiqamətində başlayan döyüşlərdən sonra Qarabağ uğrunda savaşmaq məqsədilə toplaşıblar. "Evlərimizə qayıtmaq istəyirik. Artıq 28 ildir dözürük. Bəsdir!", - toplaşanlar bildirib.

Əraziyə cəlb olunmuş çoxsaylı polis qüvvələri toplaşanlara ərazini tərk etmələri üçün müraciət edib. Hadisə yerinə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov gələrək toplaşanlarla söhbət edib. Buna baxmayaraq, onlar yürüşü davam etdiriblər.

Az sonra yürüşçülər polis tərəfindən dağıdılıb. Onlarla adam saxlanılaraq polis maşınlarına mindirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozulub. Azərbaycan tərəfi üç hərbçinin ölməsi, dördünün yaralanması haqda məlumat yayıb. Müdafiə Nazirliyi, eyni zamanda, qarşı tərəfin itki verdiyini bəyan etsə də, Ermənistan Müdafiə Nazirliyi itki olmadığını, atəşkəsi Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirir.

Martın 24-də Bakıda xüsusi karantin rejimi elan edilib. Bütün kütləvi tədbirlər qadağan olunub.

Sonradan qadağalar, əsasən, yumşaldılsa da, yoluxmalar sürətlə artmağa başladı. İyunun 21-dən xüsusi karantin, evdən SMS icazəsi ilə çıxmaq qaydası bərpa olundu, iyulun 5-dən ayın 20-dək uzadıldı.

Multimedia

XS
SM
MD
LG