Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:55

Qarabağ Lüksemburqda qalib gəldi. Matçda Dağlıq Qarabağla bağlı insident olub


Oktyabrın 3-də Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.

Turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı idi.

Oyun insidentsiz ötüşməyib.

Lüksemburqdakı görüşün 31-ci dəqiqəsində - “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb.

The Independent yazır ki, bayrağı daşıyan dron meydanın mərkəzi üzərində bir neçə saniyəlik dövrə vurub.

“Qarabağ” futbolçuları buna kəskin etiraz bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb.

Qarabağ klubunun yarımmüdafiəçisi Qara Qarayev dronu topla vurmağa çalışıb - yazır Independent.

Qeyd edək ki, oyun dayanarkən görüş “Qarabağ”ın xeyrinə 2:0 idi.

Təxminən 25 dəqiqəlik fasilədən sonra matç davam etdirilib. Bir neçə dəqiqə sonra “Düdelanj”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Almeyda fərqlənərək hesabı 0-3 edib.

Oyunun 69-cu dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana hesabı 0-4 edib.

Oyunun 90-cı dəqiqəsində “Düdelanj” hesab arasında fərqi azaldıb. 1-4.

Oyun 1-4 hesabı ilə başa çatıb.

"Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4

Qollar: Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG