Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:30

‘Qarabağ’ UEFA Avropa Liqasının qrupuna yüksəlib


Bu gün, avqustun 29-da Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Ağdam təmsilçiləri qrupa vəsiqəni pley-off mərhələsində “Linfild”lə oyunda qazanıblar. Hərçənd, Azərbaycan çempionu “Qarabağ” bir həftə öncə, bu kluba səfər qarşılaşmasında 3:2 hesabı ilə məğlub olmuşdu.

Amma bu gün, avqustun 29-da Bakıda keçirilən cavab qarşılaşmasında rəqibə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” qrup mərhələsinə yüksəlib.

Onlar arasında iki oyuna görə, ümumi nəticə bərabər olsa da, səfərdə daha çox qol vurmaq hesabına Azərbaycan çempionu Şimali İrlandiya çempionunu mübarizədən kənarlaşdırıb.

“Qarabağ” artıq ardıcıl 6-cı dəfədir ki, UEFA bayrağı altında keçirilən yarışların qruplarına vəsiqə qazanır. Bunun biri də UEFA Çempionlar Liqası olub.

Xatırlatma

“Qarabağ” klubu bu mövsüm əvvəl UEFA Çempionlar Liqasının təsnifat mərhələsində oyunlara başlayıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0.

Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasından güclü olub - 1:1, 3:0.

“Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 1:2 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən reytinqli klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

XS
SM
MD
LG