Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Qarabağ erməniləri 2008-ci ilin Ermənistan ‘çevrilişində’ necə iştirak ediblər?


Movses Akopyan
Movses Akopyan

Qarabağ separatçlarının keçmiş “müdafiə naziri” Movses Akopyan AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində 2008-ci ilin seçkisonrası hadisələri zamanı Dağlıq Qarabağdan Ermənistana qoşun gətirilməsini təsdiq edib.

O deyib ki, “mən hərbçiyəm və əmri yerinə yetirirdim”.

General Samvel Karapetyanın dindirilməsinə dair protokoldan məlum olub ki, 2008-ci il fevralın 23-də Dağlıq Qarabağın müxtəlif silahlı birləşmələrindən 300, daha sonra isə 400 döyüşçü Yerevana gətirilib.

2008-ci il seçkisini zamanı Dağlıq Qarabağ separatçıları əslən Qarabağ ermənisi Serzh Sarkisianın prezident seçilməsini təmin etməli idilər. Bu, faktiki olaraq Ermənistanda hakimiyyətin qarabağlı Robert Kocharian-dan başqa bir qarabağlı – Serzh Sarkisiana ötürülməsi idi.

General Karapetyan dindirmə vaxtı bunu da bildirib ki, həmin dövrdə separatçılar bir sıra mövqeləri Azərbaycan tərəfinə uduzurdular. O deyib ki, bu mövqelər sonradan geri alınıb.

Azatutyun yazır ki, “bu məlumat bir çox suallar doğurub”.

Məsələn Dağlıq Qarabağda təmas xəttindəki mövqelərin zəifləməsi hesabına nə üçün Yerevana döyüşçülər gətirilməliydi?

Azatutyun yazır ki, Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Movses Akopyan hazırda Ermənistan Müdafiə Nazirliyinin baş inspektorudur.

Lakin Akopyan suala sualla cavab verib: “Əvvəlcə başa düşmək lazımdır ki, istintaq sirri olan bu materiallar niyə indi dərc olunub”.

Eyni dindirmə zamanı Samvel Karapetyan deyib ki, təlimatları “əməliyyat qərargahından” alırdı, amma onun harada yerləşməsini bilmirdi.

Movses Akopyan da “əməliyyat qərargaının” harada olmasını biməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG