Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Qarabağ döyüşlərində ölənlərin yaxınlarının şikayətləri davam edir


Şikayətçilər. 23 oktyabr 2018

Bu gün, oktyabrın 23-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan insanların ailə üzvlərindən bəziləri yenidən Milli Məclisin önünə toplaşıblar. Onlar bir həftə olduğu kimi, yenə həlak olan yaxınlarının birdəfəlik ödəmələrini ala bilmədiklərindən şikayətləniblər.

«Bizim istəyimiz odur ki, Azərbaycan uğrunda can verən insanların haqqı olan pullar verilsin. Süründürməçiliyə yol verilməsin», - deyə ailələrin təmsilçilərindən Sevinc Quluzadə AzadlıqRadiosuna bildirib.

S.Quluzadənin sözlərinə görə, şikayətlərini vəzifəli şəxslər ciddiyə almır və bu da yolverilməzdir: «Deputat Hadı Rəcəbli çıxdı qarşımıza, problemi söylədik, bizə dediyi bu oldu ki, darıxmayaq, araşdırma gedir, problem həllini tapacaq. Amma mən sual verəndə ki, «dövlət başçısı bu fərmanı aprel ayında, yəni 6 ay öncə imzalayıb, bu araşdırma və s. kimi işlər bu 6 aylıq hazırlıq mərhələsində görülməli idi, bəs nədən görülməyib», o, cavab vermədən çıxıb getdi».

S.Quluzadə bildirib ki, bundan sonra Prezident Administrasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına getməyi nəzərdə tuturlar.

Bu insanlar ötən həftə, oktyabrın 16-da da Şəhidlər Xiyabanına toplaşmışdılar. Daha sonra Milli Məclis önünə gələn şikayətçiləri deputat Fazil Mustafa dinləmişdi. Həmin gün deputat bu məsələni Milli Məclisdə də qaldırmışdı. Spiker Oqtay Əsədov isə Dövlət Sığorta Şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının Milli Məclisə çağırılaraq bu məsələnin müzakirəsini təklif etmişdi.

Bakıda etiraz: ölən hərbçilərin müavinəti niyə verilmir?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Sığorta şirkəti nə deyir

Bunun ardınca Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta)Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məsələyə münasibət bildirmişdi. Şirkət bir neçə gün əvvəl yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulamışdı: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına köçürülüb...».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bildirirdi ki, şikayətçilərin bəzilərinə sığorta pulu verilib. Bəzi şikayətlərlə bağlı isə araşdırmalar davam edir.

Ekspert rəyləri

Bəzi ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

Xatırlatma

Azərbaycan prezidenti 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə həyata keçirilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Narazılıq da bundan sonra baş verib.

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvlərindən bəziləri birdəfəlik müavinət ala bilmədiklərindən şikayətləniblər. Onların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını və atasının adını uyğun sayta daxil edəndə ödənişin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. Bəzilərinin qeyd etməsinə görə isə, eyni cavabı sığorta şirkətinin yerli filiallarında alıblar. Onlar bildirirlər ki, əvvəllər də yaxınlarının ölümünə görə ödəmə almayıblar.

XS
SM
MD
LG