Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Qara maddənin olmadığı qalaktika kəşf edilib


NGC 6984 qalaktikası
NGC 6984 qalaktikası

Astronomlar ilk dəfə qara maddəsi olmayan qalaktika aşkarlayıblar. Qara maddə işıq, yaxud enerji yaymayan, zəngin, lakin sirli materialdır. Qara maddə bu vaxtadək Süd Yolu (Bizim Qalaktika) da daxil olmaqla, bütün qalaktikaların fundamental hissəsi hesab edilirdi.

Çərşənbə günü açıqlanmış bu kəşf alimləri qalaktikaların formalaşması haqda düşüncələrinə yenidən baxmağa vadar edir.

«Hər hansı qara maddə yoxdur»

«Biz bunun baş verə biləcəyini gözləmirdik», – «Nature» jurnalında dərc edilmiş elmi məqalənin baş müəllifi, Yel Universitetində çalışan astronom Pieter van Dokkum deyir.

Paradoksal səslənsə də, qara maddəsi olmayan qalaktikanın kəşfi bu materialın əslində, mövcudluğunu təsdiqləyə, buna şübhə edənlərin hipotezlərinə qarşı dura bilər.

«Bu, doğrudan qəribədir. Bu ölçüdə qalaktikada 30 dəfə daha artıq qara maddə olmalı idi. Tapdığımız qalaktikada, ümumiyyətlə, hər hansı qara maddə yoxdur. Axı, bu mümkün olmamalıdır», – Toronto Universitetindən astronom Roberto Abraham deyir.

V.Dokkum-un sözlərinə görə, Yerdən 56 milyon işıq ili məsafədə yerləşən NGC1052-DF2 adlı qalaktika, eyni zamanda, qazlardan da azad görünür. Qalaktikada ulduzlar da nisbətən seyrəkdir.

«Bir qayda olaraq hesab edilir ki, qara maddə bütün qalaktikaların ayrılmaz hissəsi, bir növ onları birlikdə tutan yapışqan, onların «tikinti materialı»nın əsasını təşkil edən bir şeydir», – araşdırmanın müəlliflərindən biri, Almaniyadakı Maks Plank Astronomiya İnstitutundan Allison Merritt deyir.

Həyat ola bilən 7 planet tapıldı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Qalaktikanın təqribən Süd Yolu ilə eyni ölçüdə olduğu halda, tərkibindəki ulduzların sayının 250 dəfə daha az olduğu bildirilir. Süd Yolunda 100 milyard ulduz varsa, yeni aşkarlanmış qalaktikada 400 milyonadək ulduz var. Alimlər onu ultradiffuz (konsentrasiyası seyrək, çox geniş sahəyə yayılmış) qalaktika kimi təsnif edirlər. Qalaktikaların bu növü 2015-ci ildə elmə daxil edilib.

Kütlənin üzərində kiçik qırov

Gözlə görünməyən qara maddənin Kainatın bütün kütlə və enerjisinin 1/4-ə qədərini, onun ümumi kütləsinin 80%-ə qədərini təşkil etdiyi düşünülür. Ancaq o, birbaşa müşahidə edilməyib. Alimlər onun qalaktikalara təzyiq edən qravitasiya effekti sayəsində mövcud olduğu qənaətindədirlər.

Kainat qaz, ulduzlar, qara dəliklər və planetlərdən ibarətdir. Adi maddənin – ulduzlar, qazlar, toz, planetlər, onlara aid hər şeyin Kainatın cəmi 5%-ə qədərini təşkil etdiyi hesab olunur.

«Qara maddə qalaktikaların, sadəcə, bir növ içəri çəkə, yaxud kənara ata biləcəyi bir şey deyil. Biz onun qalaktikalarda bəzən mövcud olan, bəzən də olmayan əlavə bir şey olduğunu düşünə bilmərik. Həqiqətən düşünürdük ki, o, qalaktikanın mahiyyətinin əsasıdır, qalaktikalar ilkin olaraq, bir dəstə qara maddədən yaranır və bütün planetlər və yerdə qalan hər şey sadəcə, bu kütlənin üzərində dayanan kiçik qırov kimidir», – van Dokkum deyir.

Alimlər Yer planetinə oxşayan planet aşkarlayıblar
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

«Onlarla bağlı hər şey, elə onların mövcudluğunun özü də başdan-ayağa sürprizdir. Bu günədək qalaktikaların təhlili qara maddənin adi maddəyə nisbətinin sıx olduğunu göstərib. Bu yeni sinifsə bütün qaydaları pozur», – Abraham seyrək qalaktikalar haqda deyir.

Hipotezlər

Tamamilə qara maddədən ibarət qalaktikalarsa bir başqa növ anomaliyadır. Rusiya astronomlarının kəşf etdiyi DF2 qalaktikası bu qəbildəndir.

Alimlər NGC1052-DF2-ni Nyu-Meksikoda quraşdırılmış, Abraham və Dokkum tərəfindən hazırlanmış «Dragonfly Telephoto Array» teleskopunun köməyi ilə aşkarlayıblar. Güzgü əsaslı teleskoplardan fərqli olaraq, mobil «Dragonfly Telescope Array» 48 tamamilə nano qatla örtülmüş linzalardan hazırlanıb.

Astronomlar bu qalaktikanın necə formalaşdığını bilmirlər və bəzi hipotezlər irəli sürürlər. Bu hipotezlərdən biri bütün qaz və qara maddənin NGC1052-DF2-nin daxilində baş vermiş hansısa kataklizm nəticəsində xaric olunması, yaxud da yaxınlıqdakı qalaktikanın onu boşaltması haqda fərziyyədir.

NGC1052-DF2 o qədər seyrək qalaktikadır ki, V.Dokkum onu «sözün həqiqi mənasında şəffaf qalaktika» adlandırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG