Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:43

Sədrlik Ermənistandan Azərbaycana keçdi


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nzairləri şurasının 38-cı toplantısı Yerevanda keçirilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nzairləri şurasının 38-cı toplantısı Yerevanda keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) xarici işlər nazirləri şurasının iyunun 27-də Yerevanda keçirilən 38-ci toplantısında Azərbaycan və Türkiyənin də yüksək vəzifəli diplomatları iştirak ediblər.

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytı xəbər verir ki, Türkiyə və Azərbaycan nümayəndələri görüşdən sonra jurnalistlərin suallarına cavab vermək istəməyiblər.

Bu görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edirdi.

Lakin görüşdən sonra çıxış edən Ermənsitan xarici işlər nazirinin müavini Karen Nazaryan “bəzi ölkələrin bu iqtisadi təşkilatın fəaliyyətinin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğunu” bildirib.

Ermənistan XİN-in mətbuat katibi Tigran Balayan bu bəyanata aydınlıq gətirərək bildirib ki, Azərbaycan bu iqtisadi forumda tez-tez Qarabağ münaqişəsi ilə bağlı məsələləri qaldırır.

“Bu xüsusilə də QDİƏT-in Parlament Assambleyasına aiddir. Əgər yadınızdadırsa, ötən il bu platformanın Kiyevdə keçirilən iclasında qətnamə qəbul edilmişdi. Ermənistan nümayəndə heyəti bu qətnamənin müzakirəsinə dəvət edilməmişdi. Bu görüşdə Rusiya nümayəndə heyəti də iştirak etmirdi. Azərbaycan habelə bu iqtisadi forumda vaxtaşırı Qarabağ məsələsini qaldırmağa cəhdlər göstərir və bəyan edir ki, bu problemə görə iqtisadi proqramlar həyata keçirilə bilmir və əməkdaşlıq tam olmur…Biz məhz belə halların, sırf iqtisadi strukturdan siyasi məqsədlər üçün istifadənin qəti əleyhinə çıxırıq”.

Sputnik Armeniya saytı isə xatırladır ki, QDİƏT-in Parlament Assambleyasında 2017-ci ilin noyabrında sözü gedən qətnamə qəbul olunduqdan sonra Ermənistan nümayəndə heyəti iclası nümayişkəranə şəkildə tərk etmişdi.

Belə görünür ki, Ermənistan tərəfi QDİƏT Parlament Assambleyasının yeni sədri seçiləcək iclasın Bakıda keçirilməsinə də qətiyyətlə etiraz edir. İlkin razılaşmaya görə bu iclas, 2019-cu ildə ya Bakıda, ya Yerevanda, ya da Sofiyada keçirilməlidir.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Yerevan toplantısında
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Yerevan toplantısında

AzərTAC xəbər verir ki, “Yerevanda keçirilən iclasda nazir müavini Mahmud Məmməd-Quliyev çıxış edərək hərbi münaqişənin və davam edən işğalın regionun iqtisadi-ticarət potensialından tam istifadə etməyə imkan vermədiyini qeyd edib. Mahmud Məmməd-Quliyev əlavə edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğaldan azad etməməsi və öz qoşunlarını çıxarmaması nəticə etibarilə Ermənistanın özünü ticarət, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə regional əməkdaşlıqdan kənarlaşdırır. Azərbaycana qarşı davam edən işğalın Ermənistanın özünü iqtisadi artım və ticarət imkanlarından məhrum etdiyini deyən nazir müavini regionda dövlətlərin bir-birlərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət, beynəlxalq hüququn norma və prinsipləri əsasında regional əməkdaşlıq və ticarət münasibətləri qurmalı olduğunu diqqətə çatdırıb. Mahmud Məmməd-Quliyev Azərbaycana qarşı işğalın davam etməsinin bunun bu gün regionda mövcud olan və təəssüf doğuran reallıq olduğunu qeyd edərək, məsələlərə düzgün yanaşılmasının və problemləri öz adları ilə çağırılmasının vacibliyini gündəmə gətirib”.

Yerevanda keçirilmiş 38-ci toplantıda QDİƏT-in sədrliyi rotasiya qaydasında Ermənistandan Azərbaycana keçib.

QDİƏT-ə 12 üzv ölkə daxildir. Bunlar Ermənistan, Albaniya, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukraynadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG