Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 00:49

Qar Gürcüstan-Rusiya sərhədini bağlayıb


Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsi

Ermənistandan alınan xəbərlərə görə qarlı hava şəraitinə görə Rusiya-Gürcüstan sərhədinəki Yuxarı Lars keçid məntəqəsi bağlıdır.

Gürcüstan ərazisindəki bu məntəqə Ermənistanla Rusiya arasında avtomobil daşımaları üçün yeganə dəhlizdir.

Azatutyun xəbər verir ki, sərhəddə ilişib qalan yük maşınlarının dəqiq sayı barədə məlumat yoxdur, amma onların sayının minə çatdığı təxmin edilir.

Bu maşınlardakı yükün böyük hissəsini ərzaq məhsulları təşkil edir.

Hələlik sinoptiklər sürücülər üçün ümidverici bir söz demirlər. Əksinə sürücülərin özləri fəlakətli vəziyyətdədirlər. Yemək, su, yanacaq problemləri yaranıb.

İqtisadçi Vahan Xaçatryan deyir ki, Yuxarı Lars əslində Ermənistanla onun üzv olduğu Avrasiya İttifaqı arasında yeganə təmas nöqtəsidir.

“Biz faktiki olaraq azad gömrük zonasından istifadə edə bilmirik” – deyib iqtisadçı.

XS
SM
MD
LG