Güclü qar və yolların buz bağlaması Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub.
“Report”un xəbərinə görə, qəza nəticəsində bir neçə avtomobil toqquşub.
Toqquşan avtomobillərdən ikisi yolun kənarındakı maneələrə çırpılıb.
Qəza Bakı-Sumqayıt yolunda tıxac yaradıb.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 27-dən etibarən ölkə ərazisində hava şəraitinin pisləşəcəyi, qar yağacağı, yolların buz bağlayacağı haqda proqnizolarını açıqlamışdı.
Bununla bağlı yol polisi də sürücülərə müraciət ünvanlamışdı.