Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

Ekspert: İnformasiya qanununa dəyişiklik qapalılığa xidmət edəcək


Xalid Ağaliyev
Xalid Ağaliyev

Milli Məclis “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. Dəyişiklik təklifləri bu gün, iyunun 13-də Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə edilib.

“Turan” agentliyinin xəbərinə görə, layihəni Milli Məclisin vise-spikeri Bahar Muradova təqdim edib.

O, bildirib ki, qanunun 30.1-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Dəyişikliyə əsasən, informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan məlumatların internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyəcək. Bu səlahiyyəti Nazirlər Kabineti həyata keçirəcək.

İnformasiya sahibi dedikdə, büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcədənkənar dövlət fondları, səhm payının 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətləri nəzərdə tutulur.

Bahar Muradova
Bahar Muradova

Bahar Muradova bildirirb ki, nəzərdə tutulan dəyişikliyin tətbiqi ilə çoxsaylı informasiya sorğularının sayı azaldılacaq, informasiya əldə edilməsində şəffaflıq artırılacaq və ictimai nəzarət imkanları gücləndiriləcək.

Deputatlar dəyişiklik təklifini bəyəniblər, onu Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Dəyişiklik açıqlığa zərər vuracaq

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik təklifini dəyərləndirən media hüquqçusu Xalid Agaliyev bunun zərərli olduğunu, şəffaflığa deyil, əslində qapalılığa daha çox xidmət edə biləcəyini vurğulayıb:

“Çünki, “İnformasiya əldə etmək haqqında” qanunun 29-cu maddəsi dövlət qurumunun öz saytına daxil etməli olduğu açıq məlumatları aydın şəkildə sadalayıb. İnformasiya sahiblərinin illik maliyyə fəaliyyəti haqqında, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar da həmin məsələlər sırasındadır. Yəni, hər bir dövlət qurumu, habelə, dövlət qurumunun sifarişi ilə iş görənlər büdcədən aldıqları vəsaitlərin hesabatını öz saytları üzərindən açıqlamalıdırlar.Təkliflərdən belə anlaşılır ki, dəyişiklikdən sonra belə informasiyalar icra qurumunun hazırlayıb təsdiq edəcəyi qaydada açıqlana biləcək”.

Qanunda nələr dəyişir?

“İnformasiya əldə etmək haqqında” qanunun 29-cu maddəsi informasiya sahiblərinin öz saytları üzərindən açıqlamalı olduğu informasiyaları sadalayıb.

Qanunun dəyişiklik edilməsi nəzərdə tutulan 30-cu maddəsində isə informasiyanın açıqlanması üsulları izah edilir.

Həmin maddəyə görə, qanunun 29-cu maddəsində göstərilən ictimai informasiyalar internet informasiya ehtiyatlarında, eləcə də, kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda və ictimai informasiya mərkəzlərində və sənədlərlə tanış olmaqdan ötrü şərait yaradılması yolu ilə açıqlanmalıdır.

Dəyişiklik təklifi maliyyə ilə bağlı məlumatların açıqlanmasının xüsusi qayda ilə tənzimlənməsini nəzərdə tutur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG