Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Qamsaxurdiyanın oğulları aclıq aksiyasına başlayıb


Tsotne və Konstantine Gamsakhurdia. 2018
Tsotne və Konstantine Gamsakhurdia. 2018

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın iki oğlu aclıq aksiyasına başlayıb.

Tbilisidə-baş prokurorluğun foyesində aclıq edən Konstantin və Tsotne Qamsaxurdiya atalarının qətli ilə bağlı cinayət işi qaldırılmasını tələb edirlər.

Aksiya, qətlin 25 illiyinə həsr edilib.

Rəsmi məlumata görə Zviad Qamsaxurdiya 1993-cü il dekabrın 30-da, vətəndaş müharibəsinin sonunda özünü öldürüb.

Zviad Gamsakhurdia
Zviad Gamsakhurdia

Onun birləşmələri həmin ilin dekabrında, ikinci prezident Eduard Şeverdnadzenin hakimiyyəti dövründə hökumət qüvvələrinə məğlub olub.

Qamsaxurdiya həmin vaxt şəxsi mühavizəsi ilə ölkənin qərbindəki Xibula kəndinə çəkilmişdi.

Bəzi məlumatlara görə, Gürcüstanın xüsusi xidməti kəndi mühasirəyə alanda, o özünə qəst etmək qərarına gəlib.

Amma övladları bu versiyaya inanmır və artıq bir neçə ildir ki, faktla bağlı yeni cinayət işi açılmasını tələb edirlər.

Konstantin və Sotne iddia edirlər ki, Qamsaxurdiyanı ölkənin xüsusi xidməti öldürüb.

Baş prokurorluq hələlik onların aclıq aksiyasına münasibət bildiriməyib.

İstintaq orqanının rəsmisi təkcə onu deyib ki, birinci prezidentin ölümü ilə bağlı istintaq davam etdirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG