Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:22

22 illik avtoritar prezident seçkini uduzdu, indi 'cığallıq' edir


Yahya Jammeh
Yahya Jammeh

Qambiya prezidenti Yahya Jammeh bu ayın əvvəlində keçirilmiş seçkidə məğlubiyyətini qəbul etdikdən bir həftə sonra nəticələri tanımaqdan imtina edib.

Dövlət televiziyası ilə çıxış edən Jammeh seçki “anormallıqlarından” danışıb və daha bir seçkiyə çağırıb.

1994-cü ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş Jammeh seçkidə seçicilərin 45 faizinin səsini qazanmış Adama Barrow-a uduzub.

ABŞ Jammehin hərəkətini kəskin pisləyib.

Dövlət departamentinin sözçüsü Mark Toner prezidentin hərəkətini Qambiya xalqına “qarşı misli görünməmiş həqarət” adlandırıb.

"Allahdan qorxan MSK"

İnşaatçı sahibkar Barrow yeni prezident kimi vəzifəsinin icrasına yanvar ayında başlamalı idi, lakin indi Reuters agentliyinə nə olacağını bilmədiyini deyib.

Prezidentlər İlham Əliyev, Həsən Ruhani və Jammeh İslam Əməkdaşlığı Təşkilatının İstanbul sammitində, 2016
Prezidentlər İlham Əliyev, Həsən Ruhani və Jammeh İslam Əməkdaşlığı Təşkilatının İstanbul sammitində, 2016

Qambiya 2 milyonluq əhalisi ilə Afrikanın ən kiçik ölkəsidir.

Lakin beynəlxalq aləmdə opponentlərinə qarşı repressiyalarda ittiham olunan Jammeh deyir ki, o “Allahdan qorxan müstəqil seçki komissiyasının” keçirəcəyi yeni seçkini istəyir.

Qonşu Seneqal baş verənləri pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

22 ildir ki, prezidentlik edən Jammeh cəmi bir həftə əvvəl rəqibini seçki qələbəsi münasibətilə təbrik etmişdi.

Rəsmi seçki nəticələrinə görə o 36, 7 faiz, rəqibi isə 45, 5 faiz səs qazanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG