Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:30

Putinin keçmiş nitq yazanı axtarılır və...


Abbas Qalyamov
Abbas Qalyamov

Rusiya Prezidenti Vladimir Putinin mühacirətdə yaşayan keçmiş nitqyazanı Abbas Qalyamov ölkənin silahlı qüvvələrini nüfuzdan salmaqda şübhəli bilinir. Rusiya hakimiyyəti bu ittihamdan Ukraynada apardığı müharibəyə qarşı çıxanları sıxışdırmaq üçün istifadə edir. Qalyamovun adı ötən həftə Daxili İşlər Nazirliyinin axtarış siyahısına salınmışdı.

Onlayn jurnalistlərin hüquqlarının monitorinqini aparan “Setevıye Svobodı” qrupu martın 30-da bildirib ki, Qalyamova qarşı təhqiqatın rəsmi sənədlərini əldə edib. Ona qarşı ittiham Ukraynanın 1+1 televiziyasının YouTube layihəsinə müsahibəsindən qaynaqlanır. 2022-ci il aprelin 9-da müsahibəsində Qalyamov Rusiya əsgərlərinin Ukraynanın Buça və Kramatorsk şəhərlərində törətdiyi iddia olunan cinayətləri müzakirə edib.

Siyahıya salınandan bir ay sonra...

“Setevıye Svobodı” bildirir ki, təhqiqat yanvarın 18-də başladılıb, onun adı axtarılanlar siyahısına fevralın 17-də salınıb. Siyahı nazirliyin saytında bir ay sonra dərc olunub.

Qalyamov təqsirli bilinərsə, 10 il həbs cəzasına məhkum edilə bilər. “Setevıye Svobodı” Qalyamovu Alan Qamazov adlı vəkilin müdafiə etdiyini qeyd edir. Ancaq onu Rusiya hakimiyyətinin təyin etdiyi, yaxud Qalyampvun özünün seçdiyi bəlli deyil.

“Mediazona” vebsaytı martın 24-də yazıb ki, Qalyamovun adının Daxili İşlər Nazirliyinin vebsaytında axtarılanlar siyahısında olduğunu aşkarlayıb. Bundan bir gün öncə isə AzadlıqRadiosu Qalyamovla geniş müsahibə dərc edib.

O, müsahibədə deyib ki, Ukraynanın davam edən səbəbsiz işğalı Rusiyada inqilaba səbəb ola bilər.

“Xarici agent” reyestrinə salınmışdı

O həmçinin Putin 2008-ci ildə baş nazir postuna keçəndən sonra onun nitq yazan komandasının üzvü olduğu dövrün xatirələrini bölüşüb. Qallyamovun sözlərinə görə, o zaman heç kəs “Rusiyanın indiki kimi faşist dövlətinə çevriləcəyini” proqnozlaşdırmırdı.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayandan silahlı qüvvələrin diskreditasiyası kriminallaşdırılıb.

Ədliyyə Nazirliyi ötən ay Qallyamovun “xarici agentlər” reyestrinə salındığını açıqlayıb, onun “xarici agentlər tərəfindən toplanan materialları yaydığını, Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı fikirlər bildirdiyini, xarici qurumların informasiya platformalarında ekspert, respondent kimi iştirak etdiyini” bildirib.

50-yaşlı Qallyamov hazırda İsraildə yaşayır. O 2008-ci ildən 2010-cu iləcən Putinin nitq yazanı işləyib. 2010-2014-cü illərdə isə Rusiyanın Başqırdıstan respublikasının ozamankı prezidenti Rüstəm Xamitovun administrasiyası başçısının müavini olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG