Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Rusiya və ‘silahdaşları’ Qafqaz manevrlərində ‘şərti düşmənə’ qalib gəliblər (VIDEO)


Vladimir Putin "Qafqaz 2020" təlimlərini müşahidə etməyə gəlib
Vladimir Putin "Qafqaz 2020" təlimlərini müşahidə etməyə gəlib

Prezident Vladimir Putin sentyabrın 25-də Həştərxan vilayətinin Kapustin Yar poliqonunda “Qafqaz 2020” strateji komanda-qərargah təliminin “əsas epizodunu” müşahidə edib.

“Qafqaz 2020” Rusiyada son vaxtlarda keçirilən ən böyük manevrlərdən biridir. Bu təlimlərdə Rusiya Cənub hərbi dairəsinin 80 min hərbçisi iştirak edir.

Manevrlərə 6 xarici ölkənin minədək əsgəri də qatılıb.

Bunlar Ermənistan, Belarus, İran, Çin, Birma və Pakistandır.

Bu təlimlərdə Rusiya və sözü gedən ölkələrin qoşunlarından ibarət koalisiya adı çəkilməyən “düşmənə” qarşı döyüşürlər.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu manevrlərdə Rusiya və onun “müttəfiqləri” “şərti” düşmənə qarşı əks-hücum əməliyyatında onun qüvvələrini “tamamilə darmadağın” ediblər.

Məlumatda deyilir ki, “koalisiya” qoşunları “güclü atəş zərbəsi” endirərək “düşməni” mühasirəyə alıb.

Rusiya ilə Çin "Qafqaz 2020" təlimlərinə başlayıblar
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

“Şərti düşmənin” adı çəkilmir

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya bu manevrlərdə iştirak üçün çox sayda xarici ölkəni dəvət etmişdi, amma bunlardan bəziləri iştirakdan imtina ediblər.

Bu da xəbər verilir ki, Qazaxıstan, Azərbaycan və Hindistan bu təlimlərə qatılmaq istəməyiblər.

Məlumatlarda deyilir ki, təlimlərdə ilk dəfə olaraq TOS-2 (Tosoçka) raketlərindən istifadə olunub.

TOS-2 “Solntsepek” kimi tanınan TOS1A raketlərinin xələfidir. Bu raketlərdən Suriyada geniş istifadə olunub.

Manevrləri müşahidə edənlərin arasında Belarus müdafiə naziri Viktor Xrenin də vardı.

Belarusun özündə sentyabrın 25-də “Slavyan qardaşlığı” manevrləri başa çatıb. Bu manevrlərdə 900 Rusiya hərbçisi iştirak edirdi.

Rusiya bildirib ki, onun bu manevrlərdə iştirak edən qoşunları dislokasiya yerlərinə qaytarılır.

Rusiya və Belarusun birgə keçirdiyi “Qərb 2017” adlı təlimlərdə şərti düşmənin uydurma “Veyşnoriya” ölkəsi olduğu bildirilmişdi.

O vaxt bu ad sosial medialarda lağlağı və zaraftlara səbəb olmuşdu.

“Qafqaz 2020” hərbi manevrlərində şərti düşmənə heç bir ad verilmədiyi deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG