Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:24

İŞİD-in türkman lideri öldürülüb


Abdul Rahman Mustafa al-Qaduli
Abdul Rahman Mustafa al-Qaduli

İD-in maliyyə naziri kimi fəaliyyət göstərən al-Qaduli, həm də “xarici işlər və qəsdlər” sahəsinə cavabdeh idi

ABŞ rəsmiləri ötən həftə ərzində İslam Dövləti adlandırılan təşkilatın bir sıra liderlərinin öldürüldüyünü bəyan ediblər.

Onlardan biri də təşkilatın vəzifə nərdivanında ikinci şəxs sayılan, milliyyətcə türkman Abdul Rahman Mustafa al-Qaduli-dir.

ABŞ-ın müdafiə naziri Ashton Carter al-Qadulinin öldürüldüyünü təsdiq edib
ABŞ-ın müdafiə naziri Ashton Carter al-Qadulinin öldürüldüyünü təsdiq edib

ABŞ müdafiə naziri Ashton Carter deyib ki, Qaduli və başqa liderlərin məhv edilməsi İŞİD-in əməliyyatlarına ciddi əngəl yaradacaq.

NBC News kanalı bildirib ki, həm də Hacı İman kimi tanınan al-Qaduli cümə axşamı ABŞ xüsusi qüvvələrinin Suriyada keçirdiyi reyd zamanı öldürülüb.

Müdafiə rəsmilərinin verdiyi məlumata görə ABŞ əsgərləri helikopterlərdən atılaraq Qadulinin pusqusuna yatıblar.

Onlar al-Qadulini diri ələ keçirmək üçün onun maşınının yaxından keçməsini gözləyiblər. Lakin əməliyyat qəlizləşib və baş verən atışmada al-Qadulinin maşınındakı daha üç silahlı da öldürülüb.

“Xarici işlər və qəsdlər naziri”

ABŞ hökuməti al-Qadulinin başına 7 milyon dollar mükafat qoymuşdu.

Cənab Carter Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ “İŞİD-in hökumət kabinetini sistematik olaraq sıradan çıxarır”.

O deyib ki, İD-in maliyyə naziri kimi fəaliyyət göstərən al-Qaduli, həm də “xarici işlər və qəsdlər” sahəsinə cavabdeh idi.

Milliyyətcə Türkmən olan bu şəxs 1957 və ya 1959-cu ildə Mosulda doğulub.

Onun 2004-cü ildə Abu Musab al-Zarqawi-nin başçılıq etdiyi əl-Qaedaya qoşulduğu və müavin vəzifəsini icra etdiyi bildirilir.

O 2012-ci ildə həbsxanadan buraxılıdıqdan sonra Suriyada İD qüvvələrinə qoşulub.

Ötən il yayılmış bəzi məlumatlarda deyilirdi ki, daha bir adı “Əbu Əla əl-Afri” olan Qaduli İŞİD lideri Abu Bakr al-Baghdadi yaralı olarkən onun vəzifəsini icra edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG