Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:29

Köçkün: 'İlin 9 ayı bitdi, hanı evlər?'


Bakıda köçkün yataqxanasında yanğın olub
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Bakıda köçkün yataqxanasında yanğın olub

«3 ay əvvəl burda böyük yanğın oldu, 10-dan çox ailə köçürüldü. «Qaçqınkom» sədri özü də gəldi, bizimlə görüşdü, dərdimizi dedik, çarə istədik, söz verdi ki, tezliklə köçürüləcəyik. Srağagün yenə yanğın oldu. Biz bunları yaşamağa məhkumuqmu? Birdəfəlik açıqlasınlar ki, ay vətəndaş, sənə sahib çıxa bilmirəm, biz də dövlətin yaxasından düşək, gedək, başqa ölkələrdə başımızın çarəsini axtaraq».

Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanadakı növbəti yanğın köçkünləri dilə gətirib.

«10 KVADRATMETRLİK OTAQLARDA YATIRLAR»

Köçkün Nailə Cabbarova sentyabrın 22-də baş vermiş yanğına görə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsini (Qaçqınkom) günahlandırır. O bildirir ki, qurum vaxtında tədbir görüb onları qəzalı binadan köçürsəydi, növbəti faciələri yaşamazdılar:

«Bu dəfə yanğın 3-cü mərtəbədə oldu. Ortada bir yanğınsöndürən də zəhərləndi. Niyə göz görə-görə qırırlar camaatın övladlarını? Axı, iyunda yanğın olanda, o boyda qurumun rəhbəri gəlib burda söz verdi. Köçkünlərin problemləri ilə məşğul olmalı bir dövlət qurumunun rəhbəri də köçkünü aldadırsa, o köçkün kimə inansın?.. Bilirsiz nə vəziyyətdə yaşayırıq? Günaşırı qısaqapanma olur. Hamam, tualet, mətbəx yox, 10 kvadratmetrlik otaqlarda camaat üst-üstə qalanıb yatır. Arvad uşağa qarışıb, uşaq böyüyə...».

Köçkün deyir, eyvanların qarşısından yüksəkgərginlikli cərəyan kabelləri keçir, binadakı uşaqların həyatı təhlükədədir.

Beşmərtəbəli binanın hər mərtəbəsində 18 ailə, hər ailədə azı beş nəfər var. Bu ailələr 25 ildir ki, şəraitsiz, darısqal otaq və dəhlizlərdə əziyyət çəkdiklərini və belə yaşamaqdan yorulduqlarını dilə gətirirlər.

Qaçqınlar Əli Həsənovu etirazla qarşıladılar
Gözlə

No media source currently available

0:00 0:08:51 0:00

«ONLARI DA MƏCBUR QALIB KÖÇÜRTDÜLƏR»

Binada əvvəllər də dəfələrlə yanğın olub. Bu il iyunun 7-də isə binanın böyük hissəsi yanıb. Azı 10 ailə təxliyə edilib. Yanğın söndürüldükdən sonra əraziyə «Qaçqınkom» sədri Əli Həsənov gəlib və binanın təmiri ilə bağlı tapşırıqlarını verib. Köçkünlərəsə tezliklə problemlərin aradan qaldırılacağını vəd edib.

Köçkün Şahnaz Səlimova deyir, ilin başlanğıcında köçkünlərlə bağlı prezident İlham Əliyevin dilindən eşitdikləri onda az-çox ümid yaradıbmış:

«İl başlayanda prezident göstəriş verdi ki, guya 2017-ci ildə yataqxanalardakı köçkünlər köçürüləcək. 9 ay keçib, hələ ki, bildiyimizə görə, təkcə Mərdəkandakı bir yataqxananın köçkünləri köçürülüb. O yazıqlar da daş-kəsək altda qalmışdılar, çadır qurmuşdular. Yəqin ki, onları da məcbur qalıb köçürtdülər, yoxsa o yazıqlar da bizim kimi hələ çürüyürdülər».

PREZİDENT DEYİRDİ Kİ...

Bu il yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasıyla bağlı konfransda prezident İlham Əliyev deyib ki, il ərzində yeni binalar tikilməlidir. Bunun üçün yerlər də ayrılıb. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulur:

«... Eyni zamanda, tapşırıq verilib ki, bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, biz bu il və bundan sonrakı illərdə bu yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Bir daha demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib. İndi hesablamalar, layihələndirmə işləri aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır».

«Qaçqınkom»dansa ilin əvvəli prezidentin sadaladığı işlərdən xəbər olub-olmadığını öyrənmək mümkün deyil. Qurumdan bildirilib ki, bütün bunlarla bağlı vaxtı çatanda hesabat açıqlanacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG