Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:25

'Evimiz zəbt edilib' – Bakıda aksiya


Aksiya
Aksiya

Bakının müxtəlif rayonlarında mülkiyyət sahibi olan 20-yə yaxın şəxs iyulun 28-də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin önündə etiraz aksiyası keçiriblər.

Onlardan Cavid Zülfüqarov bildirib ki, aksiya keçirmələrinə səbəb mənzillərini məcburi köçkünlərin zəbt etməsidir:

«Bu mənzilləri qaçqın və köçkün şəxslər 1993-cü ildə zəbt edib. Bu məsələ ilə bağlı biz Avropa İnsan Haqları Məhkəməsinə qədər şikayət etmişik. Hər birimizin əlində bu məsələ ilə bağlı qərar var. Amma onları bu mənzillərdən çıxarmaq istəmirlər və 24 ildir ki, bu problem həllini tapmır».

C.Zülfüqarov deyir ki, bu problemi bir daha komitənin və hökumətin diqqətinə çatdırmaq istəyirlər:

Aksiya
Aksiya

«Neçə vaxtdır ki, bu məsələ ilə bağlı komitəyə şikayət etsək də, məhkəmə qərarları icra edilmir. Komitə bizi köçkünlərlə üz-üzə qoyur və məsələni həll etmir».

Ancaq komitədən aksiya iştirakçılarını qəbul edən olmayıb.

C.Zülfüqarov deyib ki, mənzilləri özlərinə qaytarılmayanadək aksiyalarını davam etdirəcəklər.

XATIRLATMA

Prezident İlham Əliyev 2004-cü il iyulun 1-də 298 saylı sərəncam verib. Sərəncamın 2-ci bəndi belədir:

«Azərbaycanın dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə, evlərə köçürülənədək 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər».

Bəzi ekspertlər deyirlər ki, bu sərəncam qaçqın və məcburi köçkünlərin mənzildən çıxarılmasına dair qərarın icrası yolunda «qırmızı işıq» rolunu oynayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG