Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 05:10

Bakıda bəzi köçkün ailələr çadırlarda qalacaq


"Qaçqınkom"un rəsmiləri zərərçəkənlərlə görüşüblər
"Qaçqınkom"un rəsmiləri zərərçəkənlərlə görüşüblər

Bu gün, noyabrın 13-də Binəqədi rayonundakı Məmməd Əmin Rəsulzadə qəsəbəsində üç mərtəbli bir binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yangın baş verən binanın 1-ci mərtəbəsində orta məktəb fəaliyyət göstərib. 2-ci və 3-cü mərtəbələrdə isə məcburi köçkün ailələri məskunlaşıblar.

Yanğının əsasən, binanın 3-cü mərtəbəsini əhatə etdiyi bildirilir. Arakəsmələr, binanın dam örtüyü yanıb.

FHN-in müvafiq qurumlarının qüvvələrinin 10 nəfəri yanğından xilas etdiyi, 100 nəfər şagirdin və 50 nəfər bina sakininin təxliyə edildiyi bildirilir.

Komitə: 15 çadır quraşdırılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında isə bildirilir ki, yanğın nəticəsində 46 məcburi köçkün ailəsi müvəqqəti yaşayış sahəsindən məhrum olub.

Ərazidə müvəqqəti sığınacaq məqsədi ilə 15 çadırın quraşdırıldığı, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edildiyi bildirilir.

Komitə qeyd edir ki, qurumun əməkdaşları zərərçəkənlərin siyahıya alınmasını aparıb. Yanğın nəticəsində müvəqqəti yaşayış yerinidən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.

Yanğının başvermə səbəbləri, hələlik, bəlli deyil.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb.

Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 20 faiz ərazisi işğal edilib, yüz minlərlə insan köçkün düşüb.

Onlar Bakıda və ölkənin başqa ərazilərində məskunlaşıblar.

Bu münaqişə nəticəsində Ermənistana da qaçqlanlar üz tutub. Onların sayı daha az olub.

XS
SM
MD
LG