Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Türkiyə miqrant məsələsini AB qarşısında yenidən qaldırır


Türkiyə miqranlar mövzusunu Avropa Birliyi ilə yenidən müzakirəyə çıxarmaq istəyir.

Xarici işlər naziri Mevlut Cavusoglu deyib ki, yeni anlaşmanın martın 26-da Avropa Birliyinin liderlərinin toplantısında gündəliyə salınacağına ümid edir.

Bundan əvvəl prezident Recep Tayyip Erdoganın Avropa Birliyinin prezidentləri Ursula von der Leyen və Charles Michel-la gərgin müzakirələr apardığı bildirilir.

2016-cı ildə Türkiyə razılaşmışdı ki, miqrantların Avropa Birliyi ərazisinə keçməsinə mane olsun. Bunların əksəriyyəti Suriya qaçqınları idi.

Türkiyə bunun qarşılığında 6 milyard avro almalı idi. Amma Ankara rəsmiləri deyirlər ki, bu məbləğin hamısını və vəd olunan başqa güzəştləri almayıblar.

Türkiyə təqribən dörd milyon qaçqına ev sahibliyi edir.

Bu narazılıq fonunda Avropa Birliyi bildirib ki 1500 qaçqın uşağı himayəyə götürə bilər. Amma Birlik həm də Yunanıstanla sərhəddini möhkəmləndirib.

XS
SM
MD
LG