Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 13:03

Ölənlərə yazılan müavinətlər hara gedib?


Qaçqınkom-da korrupsiya: Hesablama palatası nələri üzə çıxardıb
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Qaçqınkom-da korrupsiya: Hesablama palatası nələri üzə çıxardıb

Heydərovlar ailəsi Zəngilandan məcburi köçkün düşəndən bəri, Bakıdakı yataqxanalardan birinə sığınıb.

Ailə başçısı İlqar Heydərov deyir ki, qazancı yalnız gündəlik xərclərini qarşılamağa yetir, o da zorla. Buna görə də 26 ildir ki, yataqxanada şəraitsiz bir otağa sığınıblar:

“Bax bir otaqda hamımız qalırıq. 6 nəfər adam bir otaqda. Mətbəx, ayaqyolu isə umumi istifadədir”.

Azərbaycan hökuməti 2007-ci ildən çadır şəhərciklərinin ləğv edilməsinə başlayıb. Qaçın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər ilin dövlət büdcəsi və Neft Fondundan bir neçə yüz milyon manat ayrılır.

İqtisadçı ekspert Qubad İbadoğlunun hesablamalarına görə, bu məqsədlə həm Neft Fondundan, həm də dövlət büdcəsindən ümumilikdə 5 milyard manatdan çox vəsait ayrılıb. Amma Qubad İbadoğlu deyir ki, bu qədər vəsait ayrılsa da ölkədə pis şəraitdə yaşayan məcburi köçkün ailələri kifayət qədərdir.

Elə bu günlərdə, oktyabrın 8-də prezident İlham Əliyev məcburi köçkünlər üçün tikilmiş daha bir binanın açılışını edib. İlham Əliyev orda deyib ki, hökumət pis durumda yaşayann məcburi köçkünlərin də problemlərinin həllinə çalışır:

“Hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, – yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, – onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk”.

İlham Əliyev deyib ki, məcburi köçkünlərə göstərilən qayğı və diqqəti beynəlxalq təşkilatlar, o cümlədən BMT yüksək qiymətləndirir.

Amma məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışının ertəsi günü bir qrup məcburi köçkün etiraz aksiyası keçirib. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan insanlar illərdir növbədə olmalarına baxmayaraq, hələ də mənzil almamalarından şikayətləniblər.

Bu məcburi köçkünlərin mənzillərin paylanması ilə bağlı ilk şikayətləri deyil. İndiyə kimi dəfələrlə məcburi köçkünlər etiraz aksiyaları keçirib. Mənzillərin ədalətli paylanmadığı, rüşvət qarşılığında, qeyri-şəffaf yollarla pənzillərin paylandığını iddia ediblər.

Qaçqınkom isə adətən belə iddiaları rədd edir, mənzillərin ədalət prinsipi ilə püşkatma yolu ilə paylandığını bildirir.

Qaçqınkom və korrupsiya

Amma iqtisadçı ekpsert Qubad İbadoğlu hesab edir ki, Qaçqınkom ən çox korrupsiyalaşmış dövlət qurumlarından biridir. Bu komitəyə ayrılan pullar şəffaf xərclənmir. O ayrılan vəsaitlərlə bağlı həm Dövlət Neft Fonduna, həm də Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət Komitəsindən 20-dən çox informasiya sorğusu göndərdiyini bildirir. Lakin deyir ki, indiyə kimi tikilən binalar, bu binaların tikintisinə ayrılan vəsaitlər, binaları tikmək üçün tendərdə hansı şirkətlərin qalib gəlməsi haqda məlumatları ala bilməyib. Neft Fondundan onun sorğusuna cavab olaraq, bildirilib ki, onlar yalnız vəsaiti ayrırır, işin icraçısı olmadıqlarından bu sualları cavablaya bilmirlər.

Qubad İbadoğlu
Qubad İbadoğlu

AzadlıqRadiosu da korrusiya iddalarına cavab almaq üçün bir neçə gün ərzində Qaçqınkomla əlaqə saxlamağa cəhd edib. Lakin cəhdlərimiz nəticə vermədi.

Qaçqınkomun işində Hesablama Palatası da bir neçə dəfə yeyinti və nöqsanlar aşkarlayıb. Palata 2019-cu ilin yanvarındakı hesabatda qeyd edir ki, müavinət almaq hüququ olmayan şəxslərə də kommunal xidmət haqları ödənib, sənədlərdə vəfat etmiş şəxslərə müavinət verildiyi qeyd olunub.

Seçmə qaydada 7 ali təhsil müəssisəsində təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri elektron məlumat bazasında aşkar edilməyib.

Komitənin təsdiqlədiyi müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.

Hesablama Palatası bu auditi 2016-2017-ci illər və 2018-ci ilin birinci rübündə Komitəyə ayrılan vəsaitin cəmi 515 min manatı üzrə aparıb. Hesabatdan görünür ki, daha çox müavinət, kommunal xidmət və digər güzəştlərlə bağlı məsələlər yoxlanıb.

İqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, tikinti, mənzillərin paylanması sahəsində yoxlanışlar aparılsa, daha böyük yeyintilər aşkarlana bilərdi.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Məcburi köçkünlərin durumu üçün görülən işlər yetlrəlidirmi?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

İqtisadçı eskpert Qubad İbadoğlunun hesablamalarına görə isə 2001-2018-ci illərdə Dövlət Neft Fondundan bu sahəyə 2,3 milyard dollar vəsait ayrılıb. Tək ekspertlər yox, elə bəzi məcburi köçkünlərin özləri də, Qaçqınkomu korrupsiya və yeyintidə suçlayır. Bununla bağlı ilə Komitənin qaşrısında keçirilən aksiyalarda dəfələrlə fikirlər səslənib. Amma adətən qaçqınkom bu iddiaları təkzib edir.

XS
SM
MD
LG