Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:25

Qərbli ekspert: ‘Ermənistanın sözünə qulaq asdığı ölkələrlə danışmaq lazımdır’


Əskipara sakinləri kəndlərinin taleyi barədə AzadlıqRadiosuna danışırlar
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

Qazağın Əskipara sakinləri kəndlərinin taleyi barədə AzadlıqRadiosuna danışırlar

Beynəlxalq hüquqa görə, Ermənistanın özü Azərbaycana, minalı əraziləri təmizləməkdə kömək etməli idi.

Norveç Helsinki Komitəsinin şöbə müdiri, beynəlxalq hüquq üzrə ekspert Qunnar M. Ekelöf-Slaydel (Gunnar M. Ekeløve-Slydal) belə deyir:

“1997-ci il Ottava Müqaviləsinə görə və digər başqa beynəlxalq protokollara görə, münaqişə tərəfləri öhdəlik götürürlər ki, minanı harda basdırdıqlarını dəqiqiliklə qeydə alsınlar və münaqişə başa çatandan sonra qarşı tərəfə bu məlumatı təhvil versinlər və mina təmizlənməsi prosesində iştirak etsinlər. Bundan başqa bəzi növ minalardan istifadə ümumiyyətlə qadağandır”.

Amma məsələ burasındadır ki, nə Azərbaycan, nə də Ermənistan bu beynəlxalq razılaşmaları imzalamayıb.

Azərbaycan və Ermənistan beynəlxalq razılaşmalara qoşulmalıdırlar

Qunnar M. Ekelöf-Slaydelin fikrincə bu, bir daha tərəflərə xatırladır ki, beynəlxalq razılaşmalara qoşulmaq lazımdır.

“Bu da onu göstərir ki, Azərbaycan və Ermənistan müasir beynəlxalq razılaşmalara qoşulmalıdırlar. Bu vacib inkişaf mərhələsində hər iki ölkə geridə qalır. Dünyanın 164 ölkəsi BMT -nin Silahlar Konvensiyasına qoşulub. Amma Azərbaycan və Ermənistan bu siyahıda yoxdur. Hər iki ölkə həm də BMT-nin Ədalət Məhkəməsinə üzv olmalıdırlar. Bu məhkəmə müharibə cinayətləri və bənzər məsələlərə baxır.

Ermənistanla Azərbaycan mina məsələsində əməkdaşlıq edə bilərlər?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Qunnar deyir ki, Azərbaycan həm BMT-nin Ədalət Məhkəməsinə, həm də insan haqları pozuntusu konteksində Avropa İnsan Haqları Məhkəməsində çözüm axtara bilər, amma onun fikrincə, indiki halda məsələnin hüquqi yolu uzun-aylar, hətta illər çəkə bilər.

O hesab edir ki, Azərbaycan, siyasi təzyiq vasitələrindən istifadə edə bilər:

“Məsələnin siyasi və hüquqi yolları var. Siyasi həll Ermənistanın dinlədiyi, sözünə qulaq asdığı ölkələrlə danışıqlar aparmaqdır. Bu, ABŞ, Fransa ola bilər. Onlar Ermənistana deməlidirlər ki, belə davranış qəbuledilməzdir. Onlar mina təmizlənməsinə kömək etməlidirlər və mülkilərin ziyan görməsi minimuma endirilməlidir”.

Cavabdeh Rusiya və Rusiya prezidentidir

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, hazırda mina müharibəsi gedir və Azərbaycan beynəlxalq hüquqdan daha çox siyasi həllə üstünlük verməlidir:

“Biz görürük ki, beynəlxalq təşkilatların bu vəziyyətə münasibəti birmənalı deyil. Bu bəyanatın imzalanmasında vasitəçi qismində çıxış edən Rusiyadır və Rusiyanın prezidentidir. Ona görə də hərbi əməliyyatların bu növünün dayandırılmasını biz Rusiya prezidentindən və Rusiyadan tələb etməliyik”.

Azərbaycanın ombusmanı Səbinə Əliyeva isə iyunun 7-də bəyanat verərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib.

“Dünyada insan hüquqlarının təminatçısı olduğunu iddia edən beynəlxalq təşkilatlar növbəti itkilərin qarşısını almaq məqsədilə mina xəritələrini açıqlaması üçün Ermənistana qarşı konkret tədbirlər görməlidir”.

Azərbaycan tərəfinin məlumatına görə, 10 noyabr atəşkəs sazişindən sonra ötən yeddi ay ərzində 140-dan çox insan minaya düşüb, 27 mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Rəsmi Yerevan Qarabağ və ətraf rayonların mina xəritəsinin verilməsinə dair tələblərə hələlik hər hansı açıqlama verməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG