Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:41

Qəbulda ikinci cəhd sual altındadır


M.Abbaszadə

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir.

Bunu mayın 26-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, imtahanın ikinci mərhələsinin də iki dəfə (birinci cəhd və ikinci cəhd) keçirilməsi nəzərdə tutulur.

Amma o əlavə edib ki, koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdinin keçirilməmə ehtimalını nəzərə alaraq abituriyentlərin birinci cəhddə iştirakı tövsiyə olunur.

"Birinci cəhd qəbul imtahanını iyul ayında..."

M.Abbaszadə habelə bildirib ki, ali məktəblərə qəbul imtahanlarının vaxtı müəyyən kontingent müəyyən olunduqdan sonra elan ediləcək. O deyib ki, əvvəl imtahan tarixləri Təhsil Nazirliyi ilə birgə müzakirə əsasında müəyyən edilirdi: "Bu il isə karantin rejiminə görə tarixləri yalnız Operativ Qərargah təsdiq edəndən sonra elan edə bilirik. Sorğu göndərəndə gərək konkret bilək ki, nə qədər adam sənəd verib, harada imtahan verəcək. Heç olmasa, əsas kontingenti müəyyən edəndən sonra deyə bilərik ki, harada qəbul imtahanının birinci mərhələsi baş tutacaq".

Onun deməsinə görə, çox güman ki, gələn həftə vaxt elan ediləcək: "Birinci cəhd qəbul imtahanını iyul ayında keçirməyi nəzərdə tuturuq. İkinci cəhd olacaq ya olmayacaq, bilmirik, çalışacağıq ki, avqustda keçirək. Amma karantin sərtləşsə, avqustda ikinci cəhd olmaya da bilər".

Xatırlatma

Son illər Azərbaycanda ali məktəblərə qəbul imtahanları iki mərhələdə keçirilir ( Buraxılış imtahanı ilə qəbul imtahanlarının balları toplanır). Üstəlik, ikinci mərhələ iki cəhdlə tətbiq edilirdi. Amma ötən il, koronavirus pandemiyası ilə bağlı qəbulda ikinci mərhələ yalnız bir cəhdlə həyata keçirildi.

XS
SM
MD
LG