Qəbələ rayonunun Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisinə 12,7 milyon manat vəsait ayrılıb.
Bununla bağlı prezident İlham Əliyev iyulun 1-də sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, həmin vəsait dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən ayrılıb.
Böyük Əmili–Bılıx–Əmirvan on min nəfərin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.