Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:28

Qırmızı Körpüdə sıxlıq yaranıb


Azərbaycan-Gürcüstan sərhədi
Azərbaycan-Gürcüstan sərhədi

Bu gün, avqustun 14-də Azərbaycanla Gürcüstan arasındakı Qırmızı Körpü sərhəd-keçid məntəqəsində sıxlıq yaranıb.

Bu barədə AzadlıqRadiosuna ictimai fəal İlkin Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, orada yüzlərlə adam var və onlara heç bir açıqlama verilmir.

"Özüm də buradayam, saatlardır gözləyirilk, amma problem həll olunmur”,İlkin Rüstəmzadə vurğulayıb.

“Turan” Agentliyinin xəbərinə görə isə, bu məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən onlara bildiriblər ki, kompüter sistemində problem yaranıb.

"Problemi həll etmək istiqamətində işlər aparılır. Sistem qaydasına düşən kimi, insanların girişi-çıxışı sürətlə təmin ediləcək", - xəbərə görə, DSX-dən qeyd ediblər.

Azərbaycanla Gürcüstan sərhəddində tez-tez belə halların yaşandığı bildirilir.

Xatırlatma

Ötən həftə, avqustun 6-da gündüz saatlarında Balakəndəki "Mazımçay" gömrük-sərhəd buraxılış məntəqəsində də uzun növbə yaranmışdı.

Bu barədə AzadlıqRadiosuna adlarının çəkilməsini istəməyən Azərbaycan vətəndaşları danışmışdılar.

Onların sözlərinə görə, Gürcüstana nəqliyyat vasitəsilə keçmək istəyən vətəndaşlar uzun növbə səbəbindən sərhəd buraxılış məntəqəsinin qarşısında saatlarla gözləməli olublar.

Baş verənlərə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) də münasibət bildirmişdi.

Qurumun İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, son günlərdə turist axınının və səyahətçilərin sayının artması Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda zaman-zaman nisbi sıxlıqların yaranmasına səbəb olub:

“Sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli şəkildə sərhədi keçməsi üçün lazımi bütün tədbirlər həyata keçirilir... Hər il turizm mövsümündə, xüsusilə avqust ayında ölkə ərazisinə gediş-gəlişlərdə ciddi artım müşahidə olunur...”

XS
SM
MD
LG