Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Avqust, bazar, Bakı vaxtı 22:40

Qırğızıstan müəllimin oğurlanmasına görə Türkiyəyə etiraz edir


Recep Tayyip Erdoğanın çıxışı zamanı ekranda Orhan İnandı əlləri qandallı vəziyyətdə nümayiş etdirilirdi

Qırğızıstan onun ərazisində Türkiyə-Qırğızıstan vətəndaşının oğurlanması ilə bağlı iyulun 6-da Ankaraya rəsmi etirazını bildirib.

Bundan bir gün əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan Sapat türk məktəbləri şəbəkəsinin rəhbəri Orhan İnandının oğurlanaraq Türkiyəyə gətirildiyni bəyan etmişdi.

Prezident demişdi ki, müsəlman vaiz Fethullah Gülenin hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilinən müəllimi Türkiyə Milli İstihbarat Təşkilatının (MIT) xəfiyyələri Bişkekdə saxlayaraq Türkiyəyə gətiriblər.

Erdoğan Güleni 2016-cı ilin baş tutmayan çevriliş cəhdinin arxasında durmaqda və Türkiyədə parallel dövlət qurmaq niyyətində olmaqda ittiham edir.

Səfir: “O həm də Türkiyə vətəndaşıdır”

Reuters agentliyinin xəbərinə görə Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “belə hərəkətlər qeyri-məqbuldur və Qırğızıstan vətəndaşı olan İnandı dərhal geri qaytarılmalıdır”.

Lakin Türkiyənin Qırğızıstandakı səfiri Ahmet Doğan bildirib ki, İnandı həm də Türkiyə vətəndaşıdır.

İnandı 1995-ci ildən bəri Qırğızıstanda yaşayırdı və may ayının axırlarında müəmmalı şəkildə yoxa çıxmışdı.

Ailəsi və tərəfdarları Türkiyəni müəllimin oğurlanmasında ittiham edir, onun Türkiyə səfirliyində gizlədildiyini bildirirdilər.

Ankara keçmiş türkdilli sovet respublikalarında geniş yayılmış türk məktəb şəbəkələrini Gülen hərəkatı ilə bağlılıqda ittiham edir.

Bir vaxtlar Erdoğanın yaxın müttəfiqi olmuş Fethullah Gülen hazırda ABŞ-da mühacirətdədir.

Şərhlər

XS
SM
MD
LG