Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:22

'Qış təlimi-2021' başlayıb 


Azərbaycanın ordu bölmələrinin də qatıldığı və Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə taktiki təlimlərinin aktiv fazası başlayıb.
Bu barədə bu gün, fevralın 1-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri vurublar.

Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.

“Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.

Bundan əvvəlki illərdə də iki ölkənin ordu bölmələrinin belə qış təlimləri keçirilib.

XS
SM
MD
LG