Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Qış gəlir. Daha çox kitab oxumaqdan ötrü nə etməli


Kitablar
Kitablar

«Elle-UK» jurnalı kitabsevərlərin bu mövsüm çıxan yeni kitabları qaçırmaması, daha çox kitab oxuya bilməsi üçün tövsiyələrini paylaşıb.

Mövsümün yeni kitabları arasında isə Kanada müəllifi, dünyada «Qulluqçunun hekayəsi» (The Handmaid's Tale) kitabı ilə tanınan Margaret Atwood-un çox reklam olunan «Şahid ifadələri» (The Testaments), Britaniya yazıçısı Zadie Smith-in «Grand Union» adlı yeni kiçik hekayə toplusu, Debbie Harry-nin «Üzləş» (Face It ) adlı debüt memuarı da var. Payızı zövqlü və maraqlı keçirmək üçün bundan gözəl nə ola bilər?

Payız axşamlarını bir fincan yaşıl çay və yeni kitablarla keçirmək istəyirik. Ancaq zamanın bu qədər bərəkətsiz hala gəldiyi zamanda bəzən nəinki kitab oxumağa, yemək bişirməyə belə vaxt qalmır. Oxunmamış kitabların sayının artması isə bəzən insanı daha çox stressə salır.

Ancaq əlbəttə ki, çoxumuz aldığımız və kitabxanadan götürdüyümüz kitabları oxuyub bitirə bilmirik. Bu tövsiyələr köməyə gələ bilər.

1. Kitabları düşünərək seçin

Çox vaxt kitabları rəngli üz qabığına, yaxşı rəylərin sayına, dostların tövsiyəsinə görə seçirik. Ancaq kitabı oxumağa başlayandan əvvəl onu hansı səbəbə görə seçdiyimiz haqda düşünməyə dəyər.

Naşir Sharmaine Lovegrove deyir ki, əgər kitabı kitab klubu üçün oxuyursunuzsa, səhifələrin üstündən tez-tez keçmək olar. Ancaq gözəl vaxt keçirmək üçün oxuyursunuzsa, onda tələsmədən əsərin dilindən, yazı tərzindən həzz alaraq oxumağa dəyər:

«Hər halda, Netflix-ə baxanda bir saniyəni də ötürmək istəmirik. Özünüzü itirib özünüzdən kənarda düşünməkdən həzz alın!».

2. «Mütləq oxunmalı» siyahınız realist olsun

Hər ay neçə kitab oxuyacağınız barədə düşünün, qarşınıza realist məqsədlər qoyun və baxın, görün bu məqsədləri necə reallaşdıra bilirsiniz.

3. Telefonu «yatmağa» göndərin

Xoşunuza gələn məşğuliyyətlərə zaman ayırmalısınız. Siyahınızdakı kitabları oxuyub bitirmək istəyirsinizsə, texnologiyanı kənara qoymağı öyrənməlisiniz.

«Telefonumu qızımla eyni vaxtda «yatmağa» göndərir, beləliklə uzun axşamları evdə kitab oxumağa həsr edə bilirəm», – publisist və aparıcı Pandora Sykes deyir. O, insanların gündə sosial mediaya nə qədər vaxt sərf etməsinin «inanılmaz» olduğunu deyir.

4. Yataqda Netflix-ə baxmayın, kitab oxuyun

Netflix-i unudun, çünki bu mövsümü yataqda yaxşı kitabla keçirəcəyik.

5. Çantanızda kitab gəzdirin

Hər gün nəqliyyatda, kimisə gözləyərkən, avtobus gecikəndə açıb oxumaq üçün. Çox vaxt telefonda eşələnməkdən daha faydalıdır.

6. Audio kitabları sürətlə dinləyin

Bəzən səsli kitabların sürətini artırıb 1.5-ə çatdırmaqla həftə ərzində daha çox kitab dinləmək mümkün olur.

7. «Pocket» əlavəsini yükləyin

Əvvəlki adı «Read It Later» (Sonra oxu) olan bu mobil əlavə və elektron xidmət internetdə tapıb sonraya saxlamaq istədiyiniz məqalə və videoları toplayacağınız yerdir. Üstəlik, app həmin məqalələri sonradan sizin üçün oxuyacaq.

8. Köhnə kitablara qayıdın

Əgər yeni kitablarla klassika arasında qalmısınızsa, kifayət qədər klassika oxumadığınıza görə özünüzü günahkar hiss edirsinizsə, köhnə siyahınızdakı kitablara qayıdın. Bu, vaxt azlığı hissinin öhdəsindən gəlmək üçün ən yaxşı üsuldur. Üstəlik, unutmayın ki, qiraət yarışına girməmisiniz. Özünüzə rahat sürətlə, dərindən, həzz ala-ala oxuyun.

9. Alınmırsa, başını buraxıb yenidən başlayın

İstər iş üçün olsun, istər hobbi üçün, hər hansı siyahı bir müddətdən sonra yorucu ola bilər. Unutmayın ki, qiraət xoş vaxt keçirmək üçündür, cəza deyil.

Kitab peşəkarları deyirlər ki, həyat çox qısadır, öhdəliyi yerinə yetirmək üçün oxumağa dəyməz. Kitabı bəyənmirsinizsə, yarımçıq qoymaqda utanmalı bir şey yoxdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG