Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Putinlə görüşən baş həkimdə koronavirus tapılıb


Prezident Vladimir Putin (sağda) baş həkim Denis Protsenko ilə görüşür
Prezident Vladimir Putin (sağda) baş həkim Denis Protsenko ilə görüşür

Rusiya paytaxtında koronavirusa yoluxmuş pasientlərin yerləşdirildiyi xəstəxananın baş həkimində COVID-19 virusu aşkar edilib.

Bu barədə baş həkim Denis Protsenkonun özü Facebook səhifəsində yazıb.

O yazır ki, özünü yaxşı hiss edir, iş kabinetində ətrafdan təcrid olunub və xəstəxanaya da buradan, yəni məsafədən rəhbərlik edir.

Amma məsələ burasındadır ki, hələ bu yaxlınlaradək çox az adamın tanıdığı baş həkim – martın 24-də Kommunarka adlanan bu xəstəxanaya prezident Vladimir Putinin baş çəkməsi ilə məşhurlaşıb.

Putin hər gün test edilirmiş

Həmin səfər zamanı Putin xəstələrlə görüşə xüsusi qoruyucu geyimdə buraxılsa da, baş həkimlə adi geyimdə və maskasız söhbət etmişdi.

Hərçənd həmin vaxtdan həm də bu xəstəxanaya pnevmoniya diaqnozu ilə gətirilənlərin sayı günbəgün artır.

Bu xəstələrin əksəriyyətində COVID-19 virusunun olduğu aşkarlanıb.

Protsenkonun martın 31-də dərc etdiyi məlumata görə burada 202 xəstədən 186-da koronavirus aşkar edilib.

Baş həkimin virusa dəqiq nə vaxt yoluxduğu bilinmir. Bu, prezidentin sağlamlığı barədə müəyyən narahatlığa səbəb olub.

Putinin sözçüsü Dmitry Peskov Protsenkonun virusa yoluxduğuna dair xəbərlərin yayılmasının ardınca deyib ki, Vladimir Putin gündəlik qaydada COVID-19 virusundan test edilir və o tamamilə sağlamdır.

Bundan əvvəl Peskov bildirmişdi ki, Putinlə görüşən şəxsləri hələ görüşdən əvvəl bu virusdan test edirlər.

Azərbaycanda daha 24 nəfərdə koronavirus aşkar edilib
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Rəsmi rəqəmlər şübhə doğurur

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı birdən-birə 500 nəfərədək artıb.

Beləliklə hazırda Rusiyadakı koronoviruslu şəxslərin sayı 2 mini keçib.

Rusiya federal koronavirus xidməti martın 31-də bildirib ki, ölənlərin sayı bir gecədə 8-dən 17-yə yüksəlib.

Bu, bir sutka ərzində ən böyük ölüm artımıdır.

Elə bugün, martın 31-də Rusiya Dövlət Duması baş nazir Mikhail Mishustin-ə fövqəladə vəziyyət elan etmək səlahiyyəti verən qanunvericilik aktını birinci oxunuşda qəbul edib.

Dövlət Duması habelə “təbii və texnogen fəlakətlər zamanı bilərəkdən saxta məlumat yayan” şəxslərin 5 ilədək, karantin zamanı gigiyena və sanitariya qaydalarını pozanların isə 7 ilədəkazadlıqladan məhrum edilməsini nəzərdə tutan məcəllə maddəsini də qəbul edib.

Müstəqil müşahidəçilər Rusiyanın koronavirus barədə verdiyi rəsmi statistikaya şübhə ilə yanaşırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG