Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:10

Putinin reytinqi bir gündə 31 faizdən 72 faizə necə yüksəldi?


Sankt Peterburqda antihökumət etirazçısı (2018)
Sankt Peterburqda antihökumət etirazçısı (2018)

Rusiyanın populyar Snob portalı yazır ki, dövlətin nəzarətində olan Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sorğu metodikasını dəyişdikdən sonra Rusiya prezidentinə etimad faizi 31-dən 72-yə “sıçrayıb”.

Interfax agentliyinin mayın 30-da verdiyi məlumatdan aydınlaşır ki, bu sıçrayış elə-belə baş verməyib.

Həmin gün Putinin mətbuat katibi Dmitry Peskov deyib ki, prezidentə etimada dair keçirilmiş son rəy sorğusunun nəticələri ilə tanış olublar və indi bu sorğunu keçirənlərdən izahat istəyirlər.

Peskov deyib ki, Putinə elektoratın etimadı artdığı halda ona ümumi etimad necə azala bilər:

“Biz hörmətli ekspertlərimizdən hər hansı bir təhlil istəyirik”.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi mayın 24-də açıqladığı nəticələrdə bildirirdi ki, rusiyalıların cəmi 31, 7 faizi Putinə etibar edir. Bu, 2006-cı ildən bəri Putinin ən aşağı göstəricisi idi.

Bununla belə rəyi soruşulanların 65, 8 faizi prezidentin fəaliyyətindən razı olduğunu bildirirdi.

Bu sorğu nəticələri dərc ediləndən sonra onun Kremldə doğura biləcəyi reaksiyanı hiss edən mərkəz direktoru Valery Fedorov yazırdı ki, Putinə etimadın aşağı göstəricisi onun adının sorğularda daha az çəkilməsi ilə bağlıdır.

Onun sözlərinə görə bu metodika ilə baxanda bir çox siyasətçilərin reytinqləri düşür.

Fedorov gələn hesabatda bunu daha geniş izah edəcəyini vəd etmişdi.

Peskov Putinin elektorat dəstəyinin artmasını desə də, Levada müstəqil mərkəzinin nəticələrinə görə Putinə elektoratın yalnız 55 faizi səs verməyə hazırdır. Bu, bir il əvvəlkindən 15 faiz azdır.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi nəhayət mayın 31-də “izahatla” çıxış edib.

Mərkəz bildirib ki, ilkin sorğuda sual belə qoyulmuşdu: “Siyasətçilərdən kimi etimad göstərirsiniz?”

Son sorğuda isə sual belədir: “Bu siyasətçilərə inanırsınızmı? Hə və ya Yox cavabı verin”. Suala cavabın beş variantı verilirdi: “Putin, Medvedev, Zhirinovsky, Zyuganov, Mironov”.

Valery Fedorov daha sonra bildirib ki, sorğunun bu metodologiya ilə aparılması “çoxsaylı jurnalist və oxucuların” razılığı ilə qarşılanıb.

Lakin müstəqil Levada mərkəzinin direktor müavini Denis Volkov başqa cür düşünür. O izah edir ki, qapalı sual iqtidara daha çox əl verir:

“Sual açıq olanda respondentlərin bir hissəsi ümumiyyətlə ona cavab vermir. Amma burda sərt seçim qoyulub: hə/yox...”

Volkov deyir ki, sual belə qoyulanda adamlar ümumən “daha məqbul sayılan” cavabı verirlər.

Müstəqil Levada mərkəzi mayın 31-də ən son sorğusunun nəticələrini dərc edib. Bu sorğuda respondentlərin 66 faizi prezidentin işindən razı qaldığını bildirib. Əks fikirdə olanlar 33 faizdir. Beləliklə, Putindən razılıq ilk üç ayda olduğundan 2 faiz çox alınıb. Amma bu rəqəm ümumilikdə əvvəlki illərlə müqayisədə xeyli azdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG