Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

‘Putinin qızı’ yeni hökumət şurasının üzvü seçilib


Katerina Tikhonova
Katerina Tikhonova

Rusiya prezidenti Vladimir Putinin qızı olduğu deyilən qadın idman və bədən tərbiyəsi üzrə yenicə təşkil edilmiş hökumət şurasının üzvü seçilib.

Katerina Tikhonova baş nazirin müavini Olga Golodetsin rəhbərlik etdiyi 28 nəfərdən ibarət şuranın üzvü olacaq.

Bir neçə media qurumları indiyədək Tikhonova-nın Putinin iki qızından biri olduğuna dair materiallar dərc edib.

Putin dekabrın 19-da keçirilən böyük mətbuat konfransı zamanı Tikhonova-nın onun qızı olub-olmadığına dair sualın cavabından qaçmışdı.

BBC Rus xidmətinin müxbiri Putindən Yekaterina Tixonovanın və Mariya Vorontsovanın onun qızları olduğunu etiraf edib-etməyəcəyini və prezident övladlarının cəmiyyət üçün nə vaxt açıq olacaqlarını soruşmuşdu.

Putin bu sualın cavabına “siz iki qadının adını çəkdiniz” ifadəsi ilə başlayıb, amma təkcə onu deyib ki, mediada “onun qızının” adı ilə bağlanan İnnopraktika layihəsi Moskva Dövlət Universiteti rektorunun təşəbbüsüdür.

Yeni hökumət şurası idman və bədən tərbiyəsinin inkişaf etdirilməsi məqsədilə yeni layihələr təklif etməli, tədbirlər keçirməlidir.

Sözü gedən şuranın digər üzvləri arasında idman naziri Pavel Kolobkov, Rusiya Dəmir Yolları şirkətinin baş direktoru Oleg Belozerov, müdafiə naziri Sergey Shoigu-nun qızı Kseniya Shoigu da var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG