Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Yeni məbəddə Putinin təsviri olmayacaq


Mozaikada Putinlə yanaşı Rusiyanın müdafiə naziri Sergei Shoigu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valery Gerasimovun təsvirləri görünür
Mozaikada Putinlə yanaşı Rusiyanın müdafiə naziri Sergei Shoigu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valery Gerasimovun təsvirləri görünür

Rusiya Silahlı Qüvvələrinin baş kilsəsində üzərində prezident Vladimir Putinin də əksi olan ziddiyyətli mozaika olmayacaq.

Bəzi xəbərlərə görə Putinin özü bu ideyaya mənfi münasibətini ifadə etmişdi.

Bu yaxınlarda nəhəng İsanın Dirilməsi Məbədinin fotoları internetə sızmışdı.

Məbədin açılışı Sovet İttifaqının II Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsinin 75-ci ildönümü günündə - mayın 9-da olmalıdır.

Yayılmış fotolarda kilsənin divarlarında qurulan mozaik kompozisiyada Putinlə yanaşı Rusiyanın müdafiə naziri Sergei Shoigu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valery Gerasimov və başqa Rusiya rəsmilərinin təsvirləri görünürdü.

Rusiya mediasının mayın 1-də Pravoslav Kilsəsinə istinadən yaydığı xəbərlərinə görə Vladimir Putinin təsviri sözü gedən mozaikadan sökülüb.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov aprelin 26-da demişdi ki, Putin mozaika barədə məlumatlıdır, lakin onun xidmətlərinin bu sayaq qiymətləndirilməsi üçün hələ çox tez olduğunu düşünür.

Rusiya Pravoslav Kilsəsinin yepiskopu Stefan Klinsky TASS agentliyinə deyib ki, hazırda emalatxana bu mozaikanı yenidən işləyir.

Stalin, Krım, sanksiyalar

Putinin mozaikası Moskvanın 60 kilometrliyindəki Vətənpərvərlik Parkında yerləşən bu kilsənin yeganə ziddiyyətli məziyyəti deyil.

Kilsədə qurulan mozaikada üzərində sovet lideri Iosif Stalinin portreti olan bayraq da təsvir edilib.

Tarixən Stalin və onun partiyası ölkə boyunca yüzlərlə kilsəni dağıtması və milyonlarla vətəndaşın məhv edilməsi ilə məşhurdur.

Kilsədəki başqa bir mozaika Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsinə həsr olunub.

Putinin “tarixi ədalətin bərpası” kimi qiymətləndirdiyi bu ilhaqa görə Rusiya üzərinə Qərbin və ABŞ-ın ağır sanksiyaları qoyulub.

İlkin plana görə bu məbəd tamamilə ianə pulları ilə tikilməli idi. Lakin yerli mediada yayılan xəbərlərə görə tikintinin 2.95 milyard rublu (40 milyon dollar) Kremlin büdcəsindən ödənib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG