Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

‘Putin’ BBC-də şou proqram aparacaq


BBC 2 telekanalının şousundan kadr
BBC 2 telekanalının şousundan kadr

Britaniyanın BBC 2 kanalı “Bu gecə Vladimir Putinlə” adlı məzhəkəli proqram hazırlayıb.

Verlişin aparıcısı Rusiya prezidentinin üçölçülü təsviri olacaq. Bu barədə BBC-nin mətbuat səhifəsində xəbər verilir.

Proqramın anonsunda deyilir: "Ayılarla mübarizənin hamı tərəfindən sevilən dünya lideri, hökmdar Vladimir Putin nəhayət son məqsədinə çatıb. O indi BBC efirində şou proqramı aparacaq”.

Mətbuat məlumatında deyilir ki, “bu proqramda iştirak azad dünyanın lideri Vladın qələbəsidir”.

Putinin üçölçülü təsviri studiyada canlı auditoriya qarşısında qonaqlardan müsahibələr alacaq, çəkiliş pavilyonunda sərbəst gəzişəcək.

Onun ilk həqiqi qonağının Britaniyanın keçmiş baş naziri Tony Blair-in mətbuat katibi və müşaviri Alistair Campbell olacağı bildirilir.

AzadlıqRadiosu xatırladır ki, ötən ilin dekabrında Kreml BBC-nin Rusiyadakı fəaliyyətinin araşdırılacağını bəyan etmişdi.

Bu ilin yanvarında isə Rusiyada mediaya nəzarət edən Roskomnadzor bildirmişdi ki, BBC-nin Rus xidməti beynəlxalq terrorçu təşkilatların ideologiyalarını yayır.

Aprel ayında isə Roskomnadzor demişdi ki, BBC-nin fəaliyyətində qanun pozuntuları tapılıb, lakin ona qarşı sanskiayalar, Rusiyanın RT telekanalı Britaniya qanunlarını pozmaqda ittiham olunarsa, tətbiq ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG