Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 01:08

Putinin Yeni il təbrikinə mənfi münasibəti gizlətmək istəyiblər


Rusiyanın 1-ci kanalı və Rossiya 24 televiziya şəbəkəsi YouTube-dakı saytlarında prezident Vladimir Putinin Yeni il müraciəitinə qoyulmuş “dislike” və “like” saylarını gizlətməyə çalışıb.

Bundan əlavə prezidentin Yeni il müraciətinin altında şərhlər funksiyası da bloklanıb.

Exo Moskvı radiostansiyası bildirir ki, yanvarın 1-də saat 13-dək hələ sözü gedən saytların sayğacları söndürülməmişdi və ORT kanalının saytında müraciətə 66 min “dislike”, 12 min “like” qoyulmuşdu.

Federal telekanallardan biri olan NTV də prezidnetin Yeni il təbrikinin şərhlər bölməsini qapatmamışdı.

Orada Putinin çıxışını 17 min nəfər bəyənməmiş, cəmi 4, 5 min nəfər bəyənmişdi.

Rusiya prezidentinin dekabrın 19-da keçirdiyi böyük mətbuat konfransının Rossiya 24 kanalının saytında yerləşdirilmiş videoyazısına 51 min “dislike”, 15 min “like” qoyulmuşdu.

XS
SM
MD
LG