Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:10

'Putini qovmaq istəyən' şaman yenə yola çıxır


Şaman Aleksandr Qabışev
Şaman Aleksandr Qabışev

Yakut şaman Aleksandr Qabışev 2021-ci ilin martında Moskvaya yeni yürüş etməyi planlaşdırır.

Şaman bu barədə “Novosti regionov” YouTube kanalında məlumat verib.

Qabışevin sözlərinə görə, o Yakutiya ərazisində “əcdadların torpaqlarından” keçəcək, daha sonra isə İrkutsk şəhərinə çatacaq.

Şaman bildirib ki, burada ona tərəfdarlarından ibarət dəstə qoşulacacaq, Qabışev ağ atda, tərəfdarları isə avtomobillərdə yürüş edəcəklər:

"Mən sizinlə birlikdə mütləq Altaya baş çəkəcəyəm. Bu yer də Rusiyanın qüdrət məkanıdır. Daha sonra bütün Sibirdən keçərək Ural torpaqlarına çatacağıq. Oradan isə Moskvaya nə qalır ki?..”

Şamanın planları barədə Şaxta baba kimi tanınan tümenli yazıçı Viktor Yeqorov da məlumat verib.

O Qabışevin Moskvaya 2019-cu ildə etdiyi yürüş cəhdinin iştirakçısı olub.

Yeqorovun dediyinə görə, şamanın davamçıları onun siyasi proqramını sosial mediada müzakirə edirlər.

Uzun yolun başlanğıcı

Qabışev elə 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndə məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilmişdi.

Eyni zamanda Qabışevi ekstremist fəaliyyətə çağırışda ittiham edirdilər. Daha sonra ondan yazılı iltizam alaraq sərbəst buraxmışdılar.

Şaman 2020-ci ilin yanvarında Moskvaya yeni yürüş elan etmişdi. O bu yürüşü ötən iyunda başlamaq niyyətində idi.

Lakin polis Qabışevi mayın 12-də bir daha saxlamışdı. O yenidən ruhi xəstəxanaya yerləşdirilsə də iyulun 22-də oradan buraxılmışdı.

Current Time saytı yazır ki, Qabışevlə birlikdə onun tərəfdarları da repressiyalara məruz qalırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG