Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:28

Putini Kremldən qovmaq istəyən şaman ‘müqəddəsləşdirilir’


Şaman Gabyshev-in portreti
Şaman Gabyshev-in portreti

Novosobirskli avanqardist rəssam Konstantin Yeryomenkonun bir çox işləri sosial şəbəkələrdə geniş paylaşırlır və onların populyarlığı sürətlə artır.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, “Sibir Birləşmiş Ştatlarının bayrağı”, Sibirin separatçı partizanı Lykov-un komiksləri, Aleksey Navalny-nın Viktor Zolotovla döyüşü Yeryomenkonun populyar əsərləridir.

Sibir Birləşmiş Ştatlarının bayrağı
Sibir Birləşmiş Ştatlarının bayrağı

Sentyabrın 22-də rəssam Vladimir Putini Kremldən qovacağını deyən yakutiyalı şaman Aleksandr Gabyshev-in ikona formasında işlənmiş portretini paylaşıb.

Bu şəkildə Gabyshev pravoslav müqəddəsi kimi təsvir olunub.

Gabyshev-in özü sentyabrın 19-da saxlanıb və ona qarşı ekstremizm maddəsi üzrə cinayət işi açılıb.

Buna baxmayaraq onun tərəfdarlarının bir qismi Moskvaya doğru piyada yürüşü davam etdirirlər.

Xəbər verilir ki, onlar sentyabrın 29-da Gabyshev-ə və başqa siyasi məhbuslara dəstək mitinqləri və piketləri keçirəcəklər.

Konstantin Yeryomenko şamanın həbsindən kədərlənib.

AzadlıqRadiosuna müsahibəsində rəssam Gabyshev-in portretini niyə müqəddəs formasında çəkmək qərarına gəldiyini izah edib:

“O mənim diqqətimi yazın sonlarında cəlb etmişdi. Belə bir hadisə olmuşdu. Mən bir Novosibirsk şairi ilə möhkəm içmişdim və biz “Putinin üstünə gedənlər” aksiyası keçirmək qərarına gəlmişdik. Amma bizim daha cəfəng bir ideyamız vardı. Biz tələb edəcəkdik ki, “bütün arvadlar gözəl olmalıdırlar” və ya şüarımız belə olacaqdı: “Putin, bizə yemək ver”. Sonra belə oldu ki, bu şair içkini buraxdı, ayıldı və aksiya baş tutmadı. Amma mən bu şamanı internetdə görəndə onu izləməyi qərara aldım. Mən ona doğrudan da qibtə edirəm. Onun seçdiyi yol da daha uzun, məqsədi daha düzgün idi. Mən çox aylardan bəridir ki, onu izləyirəm. Bu, mənim üçün bir növ realiti şousuna çevrilib”.

Rəssam izah edir ki, Gabyshev onun üçün bir növ rəmzə çevrilib və elə buna görə də şamanın ikonasını çəkməyi qərarlaşdırıb.

“Birdən şaman Kremlə çata bilməsə nə olacaq” sualına rəssam belə cavab verib:

“İnanmaq lazımdır ki, çatacaq! Əgər lap onun özü də çata bilməsə, konsepsiyası çatacaq. Biz sadəcə səbirli olmalıyıq, bir il, ilyarım gözləməliyik və bütün bunlar baş verəcək”.

XS
SM
MD
LG