Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 13:40

‘Putini Kremldən qovmaq istəyən’ şamanı yenə tutdular (VIDEO)


Aleksandr Gabyshev
Aleksandr Gabyshev

Rusiyanın xüsusi təyinatlı polisləri 2019-cu ildə Vladimir Putini Kremldən qovmaq istədiyini deməklə məşhurluq tapmış Sibir şamanı Aleksandr Gabyshev-i yenə də saxlayıb.

Açıq Rusiya müxalifət qrupunun hüquq əlaqələndiricisi Aleksei Pryanishnikov mayın 12-də AzadlıqRadiosuna deyib ki, Rusiya Milli Qvardiyasının azı 20-dək üzvü Gabyshev-in Yakutsk şəhərindəki mənzilinə hücum edib.

Pryanishnikov deyib ki, Gabyshev-i qandallayaraq ayağıyalın halda aparıblar. O bildirib ki, şamanın daha iki yoldaşı da saxlanıb, lakin bu saxlanmanın səbəbi bilinmir.

Pryanishnikov-un dediyinə görə mayın 12-də onun evinə gələn bir neçə nəfər özlərini həkim kimi təqdim ediblər və guya onu koronavirus üçün test etmək istədiklərini bildiriblər.

Gabyshev-in vəkili Olga Timofeyeva, AzadlıqRadiosuna bildirib ki, polis onu psixiatrik xəstəxanaya apardığını deyib.

Timofeyeva bunu da əlavə edib ki, qanuna görə Rusiyada heç kim məhkəmə qərarı olmadan ruhi xəstəxanaya yerləşdirilə bilməz.

“Uşaqlar, ikicə ayın içində…”

Ötən həftə Gabyshev-in YouTube-da yaydığı videoda onun ənənəvi şaman rəqsini ifa etdiyi və “çox tezliklə hamınız azad olacaqsınız” dediyi görünürdü:

"Uşaqlar, iki aydan sonra siz, Rusiya da daxil, dünyanı tanımayacaqsınız. Heç kim xalqın hakimiyyətini qəsb edə bilməyəcək. Adamlara təbiət, Allah tərəfindən verilmiş qüvvəni…Bu qüvvə ikicə ayın içində qarşısına çıxan hər şeyi süpürüb atacaq. Mənim proqnozumu, öncəgörməmi yadda saxlayın. Siz öz taleyinizi özünüz müəyyən edəcəksiniz. Öz azadlığınızı öz əlinizə alacaqsınız”.

Gabyshev 2019-cu ildə Putini “şər” adlandırması və onu Krelmdən qovmaq üçün Moskvaya yürüş etdiyini deməsi ilə xəbər başlıqlarına çıxmışdı.

Öz yürüşünə ötən ilin martında başlayan Gabyshev 2 min kilometri piyada qət etmişdi. O yol boyu yüzlərlə rusiyalı ilə söhbət aparmışdı.

Onun şöhrəti artdıqca adamlarla söhbətlərini əks etdirən videolar da sosial mediada geniş yayılmış və milyonlarla tamaşaçı cəlb etmişdi.

“Allah mənə deyib ki…”

İyul ayında Çita şəhərinə çatanda artıq ona bu yürüşdə 700-dək tərəfdar qoşulmuşdu. Onlar “Putinsiz Rusiya” şüarı altında yürüyürdülər.

O vaxt Gabyshev demişdi:

"Allah mənə deyib ki, Putin insan yox, cindir. Allah mənə onu hakimiyyətdən salmağı əmr edib”.

Gabyshev sentyabr ayında Buryatiyada həbs olunmuşdu. Hakimiyyət orqanları onu Yakutiyaya qaytarmış və ruhi xəstəxanaya göndərmişdi.

Oktyabr ayında Yakutskdakı psixiatrlar Gabyshev-in ruhi cəhətdən qeyri-sabit olduğunu demişdilər. Lakin Gabyshev-in vəkilləri tərəfindən tutulmuş ekspertlər şamanın ruhi cəhətdən sağlam olduğunu və ruhi xəstəxanada müalicəyə ehtiyacı olmadığını bildirmişdilər.

Ötən dekabrda Gabyshev və iki tərəfdarı şaxtalı havada Moskvaya yürüşü bərpa etdiklərini bildirmişdilər.

Lakin onlar polis tərəfindən saxlanmış və evlərinə qaytarılmışdılar.

XS
SM
MD
LG