Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Putin və ətrafını ‘vətən xainləri’ adlandıran keşişin rütbəsi alındı


Sergiy Romanov
Sergiy Romanov

Rus Pravoslav Kilsəsinin Yekaterinburq yeparxiyasının kilsə məhkəməsi ifrat mühafizəkar çıxışlar edən keşiş Sergiy Romanovu ruhani rütbəsindən məhrum edib.

Kilsədə sxiiqumen olan Sergiy ata Rusiya Konstitusiyasına dəyişikliklərə çağıran Rus Pravoslav Kilsəsinin əmrlərinə itaətsizlik göstərmiş və Vladimir Putinin dünyəvi hakimiyyətini “Antiməsih hökuməti” adlandırmışdı.

Kilsə məhkəməsinin hökmü barədə xəbər verən RIA Novosti agentliyi bildirir ki, hökm hələ partriarx Kirill tərəfindən təsdiq olunmalıdır.

Sergiy məhkəmənin qərarından sonra yazdığı videomüraciətdə antisemit bəyanatlar verib, habelə Putin və onun ətrafını “vətən xainləri” adlandırıb.

O eyni zamanda möminləri özünün hazırda yerləşdiyi qadın monastrının müdafiəsinə çağırıb.

Keşiş Sergiy ilə kilsə hakimiyyəti arasında münaqişə koronavirus pandemiyası dövründə başlanıb.

O həmin vaxt kilsələrin bağlanması barədə qərarı pisləmiş və bundan sonra ibadət ayinlərinə başçılıq etmək hüququndan məhrum edilmişdi.

İyun ayında xəbər verilirdi ki, Sergiy kilsə rəhbərliyinə qarşı açıq çıxış edərək Sverdlovsk vilayətində özünün təsis etdiyi Sredneuralsk qadın monastrına sığınıb. Monastrda onunla birlikdə 500-dək tərəfdarının olduğu da xəbər verilirdi.

“Antiməsih və nökərləri”

Sergiy həmin vaxt siyasi bəyanatlar vermiş və Konstitusiyaya Vladimir Putinin verdiyi dəyişiklik təkliflərini pisləmişdi.

O bildirmişdi ki, bu təkliflər ölkədə “quldarlıq hakimiyyətini qanuniləşdirir”.

Sergiy elan etmişdi:

"Bu o deməkdir ki, biz könüllü şəkildə Antiməsihin və onun nökərlərinin gələcək hakimiyyətini qanuniləşdiririk. Rusiyanın bütün xalqlarına müraciət edirəm: Səsvermə məntəqələrinə getməyin”.

Serginin YouTube saytına yerləşdirdiyi çağırış videosu Rusiya Baş Prokurorluğunun tələbi ilə silinmişdi.

Prokurorluq bildirirdi ki, keşişin “ölkədə quldarlıq hakimiyyətinin bərqərar olacağına” dair dedikləri həqiqətə uyğun deyil.

Prokurorluq keşişin “Antiməsihin gələcək hakimiyyəti” və Rusiyaya hazırda “hasidilərin rəhbərlik etdiyi”barədə fikirlərinin də yanlış olduğunu bildirmişdi.

Sözü gedən monastrda Ksenia Sobchak-ın çəkiliş qrupuna daxil jurnalistlərin döyüldüyü də xəbər verilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG