Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 18:14

Putinə daha bir ‘başdaşı’ qoyulub


Sankt Peterburqda bundan əvvəl qoyulmuş başdaşı

Rusiyanın ikinci böyük şəhəri və prezidentin vətəni Sankt Peterburq şəhərində Vladimir Putinə daha bir saxta başdaşı qoyulduğu aşkar edilib.

Özünü Pyatnitsa (Cümə) adlandıran qrupun Telegram sosial şəbəkəsində dərc etdiyi fotoda başdaşının üstündə Putinin fotosu, “1952-2019” tarixləri və“Rusiya Federasiyasının Siyasi Meyiti” yazıları görünür.

Telegram postunda yazılıb: "Belə görünür ki, bu Rusiyada prezidentdən məyusluğun ifadə edilməsinin ənənəsinə çevrilir. Zamansız etiraz. Sankt Peterburq 2019”.

Bununla belə başdaşının Sankt Peterburqun harasında qoyulduğu bəlli olmur.

Bu artıq bir ay ərzində Putinə qoyulmuş dördüncü saxta başdaşıdır.

Polis aprelin 3-də özünü Agit Russia adlandıran qrupun iki fəalını Sankt Peterburqda Müqəddəs İssak Məbədinin yanında qoyulmuş buna bənzər başdaşı ilə bağlı saxlamışdı.

Bu məbəd Sankt Peterburqun ən rəmzi binalarından biridir.

Ötən ay ərzində Putinin saxta başdaşları Moskvada, Naberejnıye Çelnı şəhərlərində və Tatarıstan Respublikasında aşkar edilmişdi.

Naberejnıye Çelnı şəhərində bu aksiya ilə bağlı iki fəala 28 sutka iş verilib.

XS
SM
MD
LG